Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli

Qonşuda terror - ölən yaralananlar var

461
(Yenilənib 16:52 04.08.2018)
Partlayış, zirehli polis avtomobilinin keçəcəyi yola terrorçuların yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib

BAKI, 4 avqust — Sputnik. Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda PKK tərəfindən həyata keçirilən hücumda 1 polis şəhid olub, 8-i yaralanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, partlayış, zirehli polis avtomobilinin keçəcəyi yola terrorçuların yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.

Yaralılar xəstəxanaya aparılıb. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

461
Pandemiya zamanı imtahan, arxiv şəkli

Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb

4
"Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər"

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.

Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.

"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Eləcə də oxuyun:

4
Teqlər:
müəllim, müsabiqə, , qəbul, nazir, məktəb, imtahan
 DİN əməkdaşı, arxiv şəkli

Polis bölgələrdə narkotiklərlə mübarizə çərçivəsində əməliyyat keçirib - saxlanılanlar var

6
(Yenilənib 18:05 04.08.2021)
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

BAKI, 4 avq — Sputnik. Daxili İşlər Nazirliyi tərəfindən narkotiklərlə mübarizə davam etdirilir. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün də narkotiklərlə mübarizə məqsədi ilə respublikanın müxtəlif ərazilərində əməliyyatlar həyata keçirilib.

Xızı sakininin üzərindən "patı" və heroin tapılıb

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq aparılır.

Qusarda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı İmamqulukənd kəndinin sakini Roman Xəlilov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Aşağı İmamqulukənd kəndindəki özünəməxsus bağ sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq aparılır.

Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gəncə sakində narkotik və silah aşkar edilib

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0.690 qram qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ. Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı "AK-74" markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Ağdaşda "patı" əməliyyatı keçirilib, saxlanılan var

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elvin Həsənovun üzərində psixotrop maddə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin ( "patı") aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, Elvin Həsənov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunub.

Narkotiklə mübarizə üçün yeni işçi qrupu yaradılacaq.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanmaqla aidiyyəti üzrə təqdim edildiyi bildirilib. Eyni zamanda, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə birgə İşçi qrupun yaradılması qərara alınıb.

Eləcə də oxuyun:

6
Teqlər:
Polis, əməliyyat, narkotik, narkotik maddə, narkotik vasitə, Ağdaş, rayon, rayonlar