İsti hava

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

63
(Yenilənib 16:37 03.08.2018)
Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir

BAKI, 3 avqust — Sputnik. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırılır ki, avqustun 4-5-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir.

63
Əlaqədar
Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq
Külək, isti, bürkü: Avqust ayının hava proqnozu
Gələn ayın ilk günü üçün hava proqnozu
Yeni həftədə hava hansı sürprizləri edəcək - XƏBƏRDARLIQ
Əhaliyə hava xəbərdarlığı