CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İndi özünə ekstrasens deyənlərin ən yaxşıları Etibar Erkinin tələbələridir"

© Sputnik / Elnur SalayevПресс-конференция на тему "Умерла ли парапсихология в Азербайджане после Этибара Элькина?"
Пресс-конференция на тему Умерла ли парапсихология в Азербайджане после Этибара Элькина? - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib

BAKI, 3 avqust — Sputnik. Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Etibar Erkinin həyat və fəaliyyətindən, ölkəmizdə parapsixologiyanın hazırkı vəziyyətindən danışılıb, iştirakçılar onunla bağlı xatirələrini bölüşüblər.

Tədbiri açan astroloq Firudin Qurbansoy bildirib ki, E.Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib və öz biliklərini bir neçə nəsil gənclərə öyrədə bilib: "İndi özünə ekstrasens deyənlərin ən yaxşıları Etibar Erkinin tələbələridir. Hazırda onlar həm tibb sahəsində, həm nücum sahəsində, həm də psixologiya sahəsində fəaliyyət göstərirlər. Və Etibar Erkinin öyrətdiklərini tətbiq edirlər. Xalqımız bundan udur".

Parapsixoloq Tünzalə Bayramova çıxış edərək bildirib ki, Etibar Erkin parapsixologiya elminə əvəzsiz töhfələr verib: "Onun elmi fəaliyyəti bu gün də tədris olunur. Etibar Erkinin Azərbaycana olan sevgisi həyatının bütün istiqamətlərində əsas təşkil edirdi. O, Azərbaycanın layiqli yerini qazanması üçün fəaliyyət göstərirdi".

© Sputnik / Elnur SalayevMərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
1/5
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
© Sputnik / Elnur SalayevMərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
2/5
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
© Sputnik / Elnur SalayevAstroloq Firudin Qurbansoy
Astroloq Firudin Qurbansoy - Sputnik Azərbaycan
3/5
Astroloq Firudin Qurbansoy
© Sputnik / Elnur SalayevParapsixoloq Tünzalə Bayramova
Parapsixoloq Tünzalə Bayramova - Sputnik Azərbaycan
4/5
Parapsixoloq Tünzalə Bayramova
© Sputnik / Elnur SalayevEtibar Erkinin bacısı – Fərqanə Elkin
Etibar Erkinin bacısı – Fərqanə Elkin - Sputnik Azərbaycan
5/5
Etibar Erkinin bacısı – Fərqanə Elkin
1/5
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
2/5
Mərhum parapsixoloq Etibar Erkinin 70 illik yubileyi münasibətilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı
3/5
Astroloq Firudin Qurbansoy
4/5
Parapsixoloq Tünzalə Bayramova
5/5
Etibar Erkinin bacısı – Fərqanə Elkin

Tədbirdə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, parapsixoloq Səbuhi Rəhimli, "Xalq" qəzetinin əməkdaşı Tahir Aydınoğlu və başqaları çıxış edərək yubilyarın həyat və fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, hər bir millətin əsas sərvəti onun insanlarıdır. Hər bir insan böyük bir sərvətdir, amma, seçilən insanlar tamamilə fərqlidir. Etibar Erkin seçilən insanlardan biri idi. O vaxt onunla təmasda olmaq bizim üçün üstünlük, imkan idi.

Diqqətə çatdırılıb ki, Etibar Erkinin Qarabağın azadlığından tutmuş Azərbaycanın dünyada öz layiqli yer tutmasına kimi bütün məsələlər dair öz baxışları, fikirləri var idi.

Tədbirin sonunda Etibar Erkinin bacısı və işlərinin davamçısı Fərqanə Erkin çıxış edərək tədbir iştirakçılarına, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

parapsixoloq Tünzalə Bayramlı - Sputnik Azərbaycan
Parapsixoloq-ekstrasens: “Parapsixologiya sahəsində böyük problemlərimiz var”

Qeyd edək ki, Məmmədəliyev Etibar Əfrasiyab oğlu (Etibar Erkin) 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A.Spirkinin kursuna daxil olub.

E.Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib.

O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.

Xəbər lenti
0