Tikinti işləri, arxiv şəkli

Yüzdən artıq qanunsuz tikinti müəyyən edilib - RƏSMİ

205
(Yenilənib 19:04 02.08.2018)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır

BAKI, 2 avqust — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır. Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqlər zamanı bir sıra hallarda mühafizə zolaqlarında, magistral yollarda, yaşıllıq zonalarında, o cümlədən qaz, neft, su, elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlardan qeyri-qanuni istifadə olunmaqla, özbaşına tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Belə halların qarşısı dərhal alınır, torpaqlardan əsassız istifadə dayandırılır.

Son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə, respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub, bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir. 

Qeyd edilməlidir ki, belə hallar paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və "Torpaq icarəsi haqqında" qanunun müvafiq maddələrinin tələblərini pozur. Yerquruluşu işləri aparılmadan və müvafiq rəy alınmadan tikinti qərarları qəbul edilir.

Digər qanunsuz tikililər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilib. Yüksək gərginlikli qaz kəmərinin və dövlət əhəmiyyətli Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri, digər obyektlər aşkar olunub. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edilib.

Belə hallar ətraf mühit və əhali üçün təhlükə mənbəyi olmaqla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasında da çətinliklər yaradır. Eyni zamanda, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatların məsuliyyətinin artırılması məqsədi ilə Komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb. 

Qanunsuz torpaq sahəsinin ayrılması və tikintilərin aparılmasının qarşısının alınması aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Qeyd edilməlidir ki, bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb, bir sıra pozuntu halları ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciətlər olub.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınmasının vacibliyini vurğulayıb və bununla əlaqədar ciddi tədbirlərin görülməsi barədə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verib.

205
Əlaqədar
Hindistanda bina uçub - Ölənlər var
Bakıda uçan bina barədə yeni faktlar üzə çıxdı
Bakıda bina uçdu: Xəsarət alanlar barədə hələlik məlumat yoxdur
Tikintisi yarımçıq qalan bina su qiymətinə satılır
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

15
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

15
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ

DİN: Aşıq Namiq qadının ünvanına qeyri-etik ifadələr səsləndirib

7
Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

BAKI, 1 dekabr — Sputnik. Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir.

Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

7
Teqlər:
aşıq, şikayət, Nərimanov RPİ, Elşad Hacıyev, DİN
Laçın, arxiv şəkli

Laçının peykdən görüntüsü yayıldı

0
(Yenilənib 12:28 01.12.2020)
Bu görüntülər Laçın rayonu erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki vasitəsilə çəkilib.

BAKI, 1 dekabr — Sputnik. "Azercosmos" bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun peyk görüntülərini yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, görüntülər Laçın erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki vasitəsilə çəkilib.

Qeyd edilir ki, Laçın rayonu ötən illər ərzində Ermənistanı Dağlıq Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyıb. Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar talan edilib. Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.

0
Teqlər:
kolleksiya, Dağlıq Qarabağ, peyk, Laçının azad olunması