Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli

YAP-dan qiymət artımına reaksiya: "Bu dəyişikliyi..."

240
(Yenilənib 18:33 01.08.2018)
"Bu dəyişikliyi insanlarımız çoxdan istəyirdi"

BAKI, 1 avqust — Sputnik. Ölkədə son günlər ən çox müzakirə olunan mövzulardan biri olam metro və avtobuslarda gediş haqqının artırılmasına hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatı da öz münasibətini bildirib. Təşkilat münasibəti öz facebook səhifəsində yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada deyilir:

"Tarif dəyişikliyi bir sərnişinin büdcəsində əlavə 2-4 manatın xərclənməsinə gətirib çıxacaq. Amma bunun əvəzində həm avtobus, həm metro parkı yeniləcək, xidmətin keyfiyyəti daha da yüksələcək, ən əsası gün ərzində yüz minlərlə insanı ünvan başına çatdıran sürücülərin maaşları 50 faizədək artacaq. Bu dəyişikliyi insanlarımız çoxdan istəyirdi.

YAP Gencler Birliyinin Facebook səhifəsindəki paylaşım
YAP Gencler Birliyinin Facebook səhifəsindəki paylaşım

P.S. Azərbaycan üçün inkişafı və keyfiyyət yüksəkliyini ancaq ermənilər və onların qulbeçələri istəmirlər".

240
Əlaqədar
Hansı marşrut avtobusunda gediş haqlarının nə qədər artırıldığı açıqlandı - SİYAHI
Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını
İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı