İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib

Prezidentdən vətəndaşlara mənzil müjdəsi

140
(Yenilənib 18:24 01.08.2018)
Prezident: "İlin sonunadək 500-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin ediləcək"

BAKI, 1 avqust — Sputnik. "Son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışında deyib.

Prezident əlavə edib ki, bu, dövlətin həmin şəxslərə qayğısının göstəricisidir: "Dövlətin bu siyasəti bu gün də davam etdirilir. Bu gün sizə 35 mənzil təqdim edilib. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edib. 136 minik avtomobili də sizə hədiyyədir. İlin sonuna qədər nəzərdə tutulan rəqəm 170 mənzil və fərdi evdir. Hələ də 4 minə yaxın insan növbədədir. Onlar üçün də əlavə vəsait ayıraraq minimum 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm və beləliklə, ilin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək".

140
Əlaqədar
Prezident İlham Əliyev gözlənilməz qərar qəbul etdi
Prezident yüksək posta təyinat barədə sərəncam imzaladı
Prezident İlham Əliyev: "Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır"
Prezident Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb