Автовоз, фото из архива

Sürücülərin nəzərinə: Bu ay diqqətli olsunlar

169
(Yenilənib 16:51 01.08.2018)
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar

BAKI, 1 avgust — Sputnik. Avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev məlumat verib. O, bildirib ki, "Təmiz hava" aylığının keçirilməsində məqsəd atmosferin avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır: "Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər".

Normalara əməl etməyən sürücülər 50 manat məbləğində cərimə olunacaqlar.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

169
Əlaqədar
Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi
Sürücülərin narahatlığına səbəb olan yol yenidən bağlanır
Sürücülərə xəbərdarlıq olunur
Bakıda avtobus sürücüsündən ağlasığmaz əməl - VİDEO