Xaçmazın Pirquluoba kəndində arxeoloji qazıntılar aparılıb

Sirli qəbirlər açıldı, skeletlər ekspertizaya göndərildi, hər kəs intizarla rəyi gözləyir

18714
(Yenilənib 10:06 01.08.2018)
Qəbirin 1.95 metr dərinliyində tam şəkildə insan skeleti aşkar edilib və həmin qəbirdən 8 ədəd insan sümüyü ekspertiza üçün götürülüb

Leyla Abdullayeva – Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Şimaldan-Baş Qafqaz dağlarından tutmuş, cənubdan-Sultaniyyə, Zəncan, Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları zəngin və özünəməxsusluğu ilə hər zaman Cənubi Qafqazda seçilib. Belə tarixi məkanlardan biri də şimal regionunda yerləşən Xaçmaz rayonudur. Xaçmaz tarixi abidələrlə zəngindir. Bu torpaqlarda hələ də açılmamış tarixi qəbirlər, kurqanlar var.

Bu yaxınlarda Xaçmazın Pirquluoba kəndində arxeoloji qazıntılar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, rayonun Pirquluoba kəndi ərazisində yerli əhalinin "şəhidlik" adlandırdığı sahədə iki maraqlı qəbir açılıb.

Q.Ağayev açılan qəbirlər barəsində çox maraqlı faktlar danışıb: "Keçən il kənd sakinləri bizə belə bir qəbirin olması barədə məlumat veriblər. Burada arxeoloji qazıntılar aparmaq bizə iyun ayının əvvəlində nəsib oldu. Biz həmin əraziyə baxış keçirdik və orada, ümumilikdə, 4 hektar 82 sot sahənin 5 sotu araşdırma üçün hazırlandı və sahə kol-kosdan təmizlənərək iki qəbir açıldı".

"İlkin ehtimala görə, burada bir nömrəli qəbir qarət olunub, oradan ancaq insan bədəninin kiçik fraqmentlərini aşkar edə bildik. Bu qəbirlərin türk əsgərlərinə məxsus olmasını isə bizə Pirquluoba kəndinin sakinləri söyləyiblər. Təəssüflər olsun ki, insan sümükləri istisna olmaqla, birinci qəbir dağıdılıb" – deyə müsahibimiz əlavə edib.

Həmin qəbirlərin türk əsgərlərinə aid olmasının aydınlaşdırılması heç də Qəhrəman müəllim və onun qrupu üçün çətin olmayıb: "Qəbirlərə ilkin baxış keçirəndə anladıq ki, bu qəbirlər nə orta əsrlərə, nə də tunc dövrünə aiddir. Çünki qəbirlərin dərinliyi o qədər də çox deyildi. Həmçinin qəbirin dini baxımdan müsəlman olan birinə aid olması ölünün basdırılma formasından açıq-aşkar aydın olurdu. Belə ki, açılan qəbirdə mərhum üzü qibləyə doğru, sol yanı üstə basdırılıb və yaşı 30-40 arasında olan müsəlmanın qəbridir. Sümüklərin basdırılma tarixi isə 100 ildən çox dövrü əks etdirmir. Təbii ki, burada ən real cavabı ekspertiza deyəcək".

Qəbir qazan şəxs, arxiv şəkli
© REUTERS / Laszlo Balogh

Müsahibimiz qeyd edib ki, ərazidəki 2 nömrəli qəbirdən isə lazımi qədər arxeoloji material götürülüb: "Qəbirin 1.95 metr dərinliyində tam şəkildə insan skeleti aşkar edildi. Həmin qəbirdən 8 ədəd insan sümüyü ekspertiza üçün götürülüb. Arxeologiya və Etnoqrafiya İnstitutu rəsmi olaraq götürülmüş nümunələri Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim etdi. Məhz orada həmin sümüklərin hansı dövrə aid olması müəyyən ediləcək".

"Xaçmazın Pirquluoba kəndindən gətirilmiş insan sümüklərinin türk mənşəli olub-olmamasını isə Arxeologiya və Etnoqrafiya İnstitutunun antropoloqu Dmitriy Kiriçenko sümüklərə baxış keçirəndən sonra deyə biləcək. Hazırda ekspertizanın nəticələrini gözləyirik və bu barədə sizə də məlumat verəcəyik" – o bildirib.

Kənd sakinləri də bizə maraqlı faktlar danışdılar. Əldə etdiyimiz məlumata görə, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı Nuru Paşanın başçılığı ilə orada müvəqqəti hərbi qərargah yaradılıb. Həmin qəbirlərin də orada şəhid olan əsgərlərə məxsus olması ehtimal edilir.

Bununla əlaqədar olaraq kənd sakinləri mart ayında Türkiyə səfirliyinə müraciət ediblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu ilin mart ayında bu məzarlığa baş çəkib.

İndi rayon ictimaiyyəti səbirsizliklə Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində aparılacaq patoloji müayinələrin verəcəyi rəyi gözləyir. Rəy əsasında ərazidə basdırılan insanların 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan türk hərbçilərinə aid olub-olmaması məlum olacaq.

18714
Teqlər:
Qəhrəman Ağayev, Pirquluoba kəndi, Arxeologiya və Etnoqrafiya İnstitutu, ekspertiza, Türk əsgəri, arxeoloji qazıntı, AMEA, məzar, qəbir, Xaçmaz rayonu, skelet
Əlaqədar
Qəbir oğruları saxlanılıb
Xırdalan qəbiristanlığında nə baş verir — Direktor danışdı
Zakir Qaralov əmr verdi, iki uşaq anasının cəsədi qəbirdən çıxarıldı
Deputat: "Prezident cəsarətli addım ataraq o qəbirlərin açılmasına göstəriş verdi"
Bölgəmizdə qəribə bayram adəti: Axşamlar əllərində şam qəbiristanlıqda dolaşırlar
Şəhid Rahim Mikayılovun dəfni

İtkin xəbərindən bir neçə gün sonra qızı dünyaya gələn şəhid torpağa tapşırıldı

9
(Yenilənib 15:20 23.01.2021)
Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.

  • Şəhid Rahim Mikayılov
    © Photo : Courtesy of Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Photo : Courtesy of Leyla Abdullayeva
Şəhid Rahim Mikayılov

Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra qızı dünyaya gəlib.

Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.

9
Milli Məclisin iclası, arxiv şəkli

"Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

16
(Yenilənib 15:16 23.01.2021)
Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. "Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.

Yaz sessiyasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.

16

Cəbrayıl rayonunun daha bir azad edilmiş kəndinin görüntüləri yayıldı - VİDEO

0
(Yenilənib 15:40 23.01.2021)
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusunun əks-hücumu nəticəsində azad edilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb. Aşağı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidinə daxildir və Araz çayının sol sahilində, düzənlikdə yerləşir.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0