Yol nişanları

Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi

34
(Yenilənib 14:08 28.07.2018)
Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir

BAKI, 28 iyul — Sputnik. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı vətəndaşlara xidmət amili əsas götürüləcək.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir.

"Məqsədimiz heç də sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.

Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq", — deyə məlumatda vurğulanıb.

34
Əlaqədar
DYP-nin bu səlahiyyəti də əlindən alındı, BNA-ya verildi - Mühüm dəyişiklik
Mayis Ağayev: “BNA avtomatlaşdırılmış parklanma sistemi quracaq”
Bakıkart terminalları niyə çatışmır: BNA-dan açıqlama
İlham Əliyev BNA ilə bağlı vacib fərman imzaladı
BNA: Bakıda avtobusda yanğın olub