Dərsliklər

kitablar var, müəllimlər: Gürcüstanda Azərbaycan dilində təhsil batır

200
(Yenilənib 21:35 26.07.2018)
Azərbaycandan göndərilən kitablar Gürcüstanın təhsil sisteminə uyğun gəlmir

BAKI, 26 iyul — Sputnik. Gürcüstandakı Azərbaycan məktəblərində müəllimlər və zəruri dərsliklər çatışmır. Sputnik Azərbaycan-ın məlumatına görə, Gürcüstan Ombudsmanının 2017-ci il insan hüquq və azadlıqları haqqında hesabatında qeyd olunub ki, Azərbaycan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil.

"Azərbaycanda 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir" — deyə sənəddə bildirilir.

Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda — "Azərbaycan dili", "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası", "Azərbaycan ədəbiyyatı" və s. dərs vəsaiti göndərilib.

Xatırladaq ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliyi, eləcə də müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Təhsil sahəsi üzrə ekspert Kamran Əliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bu məsələyə aydınlıq gətirərkən deyib ki, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Onlar bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Eyni zamanda, dərsliklərin keyfiyyətində də ciddi nöqsanlar var: "Gürcüstanda çap olunan hər bir dərslikdə informasiya ağırlığı mövcuddur. Azərbaycan isə eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır”.

“Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər Gürcüstanın tələb və normalarına cavab vermir" — deyən ekspertin sözlərinə görə, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə olmalı, onların təhsil standartlarını öyrənib dərslikləri ona uyğun hazırlayaraq göndərməlidir ki, şagirdlər üçün faydalı olsun.

Ekspert onu da qeyd edib ki, Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsaydı, bu gün orada yaşayan azərbaycanlı ziyalılar daha yararlı dərsliklər hazırlayardı.

Qeyd edək ki, analoji layihələri Rusiya və Gürcüstan da həyata keçirir. Misal üçün Quba, Qusar və Xaçmaz rayonlarındakı rusdilli məktəblərə kitablar Rusiyadan göndərilir. Eləcə də Qax və Zaqatala rayonlarındakı gürcüdilli məktəblərə dərsliklər Gürcüstandan gəlir.

Gürcüstan Azərbaycanlıları Konqresinin üzvü Əli Babayev də öz növbəsində qeyd edib ki, bu, Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı yeganə problemi deyil.

Bu gün azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə pedaqoqlar çatışmır. Müəllimlərin 78-85 yaşları var. Hətta məktəb direktorları ahıl yaşdadırlar. Bununla əlaqədar olaraq tədris metodikası da köhnəlib.

Dövlət İmtahan Mərkəzinin binası
© Sputnik / Murad Orujov

Əli Babayev təklif edib ki, Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıları Azərbaycan universitetlərinə pulsuz qəbul etməlidir.

"Əgər onlar Gürcüstanda Azərbaycan dilini xilas etmək istəyirlərsə, hər il Azərbaycanın pedaqoji universitetlərinə yeni kadrlar qəbul etməlidirlər ki, onlar Gürcüstana qayıdanda dərsləri Azərbaycan dilində tədris edə bilsinlər" — deyə Babayev bildirib.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyindən agentliyimizə bildiriblər ki, indiyə qədər onlara Gürcüstandan dərsliklərin keyfiyyəti ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb. Məhz buna görə də, nazirlik məsələyə öz rəsmi münasibətini bildirə bilmir və bu məsələ onun gündəmində deyil.

200
Teqlər:
Azərbaycan məktəbləri, dərslik, şikayət, Təhsil Nazirliyi, Gürcüstan
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

9
(Yenilənib 23:09 24.05.2020)
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar

BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

9
Əlaqədar
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi
Türkiyə islam ölkələrini toplayır - Fələstin üçün
Dollar, arxiv şəkli

Naominin pulunu saya bildilər

7
(Yenilənib 22:16 24.05.2020)
Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi

BAKI, 24 may — Sputnik. Yaponiyalı tennisçi Naomi Osaka ötən il ərzində 37.4 milyon dollar qazanaraq dünyanın ən çox məvacib alan qadın idmançısı oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Forbes yazıb.

​N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”. Serena ən yüksək məvacibi olan idmançı qadınların siyahısına dörd il dalbadal başçılıq edib.

​2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).

Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.

 

7
Əlaqədar
Milli Olimpiya Komitəsi "Olimpiya Günü"nü eyvanda qeyd edib
Tennisin əfsanəsi karyerasını başa vurdu – Şarapova getdi
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
Şəhər küçələrinin idmanı: Bakının mərkəzində parkur
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0