Bank əməliyyatı, arxiv şəkli

Sərt tədbirlər gəlir: Borcluların bank hesabına sərəncam qoyulacaq

301
(Yenilənib 10:23 27.07.2018)
Bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub

BAKI, 26 iyul — Sputnik. “Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib. 

Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada “Sosial sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.

Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.

301
Teqlər:
borclu, məcburi dövlət sosial sığorta haqları, bank hesabı, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sərəncam
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

3
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

3
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

2
(Yenilənib 11:55 15.08.2020)
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

2
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Xaricdəki azərbaycanlıların gətirilməsi ilə bağlı problemlər var

0
(Yenilənib 11:55 15.08.2020)
Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur

BAKI, 15 avqust — Sputnik. "Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı ciddi problemimiz var. Uçuş reyslərinin təşkilində müəyyən çətinliklər var. Mərkəzi Asiya, Qazaxıstan, Türkmənistanda bir neçə vətəndaşımız qalıb ki, gələn həftə onların bərə ilə gətirilməsi təşkil olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur: "Eyni mexanizmlə Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da keçidi təmin olunur".

0