Helen Qranie

Bir əsrdən çox yaşayan qadın sirrini açdı: Alkoqol kef məclisi...

323
(Yenilənib 03:54 26.07.2018)
“Bütün gecəni gəzir, rəqs edir, daha sonra işə gedirdim”

BAKI, 26 iyul — Sputnik. 105 yaşını qeyd edən amerikalı qadın uzunömürlülüyünün sirrini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın bunu həyata sevgisinin olması, məhdudiyyətlərin isə olmaması ilə əlaqələndirib.

Florida ştatının Palm-Harbor şəhərciyindən olan Helen Qranie etiraf edib ki, bu qədər çox yaşamağı heç özü də planlaşdırmayıb: "Mən pivə içir, siqaret çəkir və bu kimi digər şeylər edirdim. Bütün gecəni gəzir, rəqs edir, daha sonra işə gedirdim".

Qrenie, həmçinin mərc oyunları və qumarı da çox sevdiyini bildirib: "Həyat yoldaşım məni özü ilə Las-Veqasa aparmırdı. Çünki çox yaxşı bilirdi ki, mən oynamağı, xüsusilə oyun avtomatlarında oynamağı sevirəm. Yalnız o öləndən sonra mən Veqasa getdim".

323
Əlaqədar
Ekspert: Prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı