В Барде поезд столкнулся с трактором

Yol qəzalarına qarşı daha bir addım atılır - RƏSMİ

48
(Yenilənib 18:47 25.07.2018)
Traktorların gecə vaxtı magistral yollarda hərəkəti qadağan edilir

BAKI, 25 iyul — Sputnik. "Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb". Sputnik Azərbaycan Avtosfer.az-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistralda qoşqularla hərəkət etməsi ciddi təhlükə yaradır: "Təsəvvür edin ki, traktor hərəkət edir, arxasında da kotan. Gecə vaxtı belə hallarda arxadan gələn digər nəqliyyat vasitəsinin sürücüsü yalnız traktoru görür. Ona görə də yol qəzaları baş verir".

Əliyev qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O bildirib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır: “Bir müddət əvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır”.

K.Əliyevin sözlərinə görə, DYP rəhbərliyi traktorların və digər kənd təsərrüfatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib: “Düzdür, kənd təsərrfüatı texnikalarının avtomobil yoluna çıxmaq məcburiyyətindədir. Ancaq bu cür texnikalar yola çıxarkən bizə məlumat verilsin ki, biz onu müşahidə edək, təhlükəsizliyi təmin edək. Təsəvvür edin, kombaynın eni 5 metrdir. Onun hərəkəti zamanı nəzarət olunmalıdır”.

48
Əlaqədar
Ağır qəza baş verdi, bir evə iki qardaşın meyiti gətirildi
Dağıstanda ağır qəza olub, ölən və yaralananların hamısı azərbaycanlıdır
Ağır qəza yenə can aldı, xəsarət alanların arasında uşaq da var
Baş vermiş qəza ilə bağlı birgə rəsmi məlumat yayıldı