İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezidentdən 46 min nəfər üçün xoş xəbər

777
(Yenilənib 18:38 24.07.2018)
Yol tikintisinə 7,9 milyon manat ayrıldı

BAKI, 24 iyul — Sputnik. Prezidentdən 46 min nəfər üçün xoş xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, 46 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

777
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, tikinti, avtomobil yolu, Azərbaycan prezidenti İlham Əliyev