Tuneldə avtomobillər

Yol hərəkətində maraqlı müəmmalı fakt: etməli olduğumuzu həm bilir, həm bilmirik

7954
(Yenilənib 16:12 23.07.2018)
Bəs siz tunellərdə gündüz saatlarında yaxın işıqları yandırmadığınız üçün cərimə olunmusunuz?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Qanuna riayət edən sürücü bilir ki, tunellərə daxil olanda mütləq şəkildə avtomobilin yaxın işıqlar yandırılmalı, sürət həddi isə 60 km/saata salınmalıdır. Dövlət Yol Polisi (DYP) bəyan edir ki, bu qayda pozuntusuna görə sürücülər cərimə olunur.

Maraqlıdır, sürücülər Bakıda salınmış tunellərdə bu qaydalara əməl edirlər? Və əməl etməyənlər cərimə olunurmu?

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirmək üçün sosial şəbəkələrdə aktiv olan sürücülər arasında sorğu keçirib. Onlara, "Bu günə kimi tunellərdə gündüz saatlarında yaxın işıqları yandırmadığınız üçün cərimə olunmusuz? Tuneldə sürət həddini aşdığınız üçün radara düşmüsüz?" sualları verilib. Aldığımız bir-birindən maraqlı cavabları olduğu kimi təqdim edirik:

Həsən Həsənov: "Həmişə tunelə daxil olanda yaxın işıqları yandırıram, amma inanmıram kimisə buna görə cərimə edən olsun. Demək olar, hər dəfə tuneldə sürət həddini aşıram, ancaq indiyədək radar olmadığı üçün cərimə olunmamışam".

Azər Həsrət: "Birincisi, mən həmişə yaxın işıqları yandırıram. İkincisi də, sürət həddini aşmıram. Ona görə də cərimə olunmamışam".

Aynur Şahkərimova: "Həmişə yaxın işıqları yandırıram, sürət həddini aşmıram və zolaq dəyişmirəm".

Nicat Qafuroğlu: "Yaxın işıqları yandırmıram. İşığa görə bu günə kimi problem olmayıb, amma dəfələrlə radara düşmüşəm. Xüsusən də Ziya Bünyadov prospektindəki tunellərdə radar var".

Fərid Babayev: "Avtomobildə avtomatik işıqlandırma qoşulanda tunelə daxil olan zaman yaxın işıqlar özləri yanacaq. Mən elə etmişəm".

Vaqif Hüseynov: "Mən avtomobildə işıqları həmişə avtomatik yanıb-sönmə funksiyasında saxlayıram deyə, mənə maraqlı deyil, o, nə vaxt yanır, nə vaxt sönür. Çünki o boyda işığa həssaslıqla quraşdırılmış smart sistem, hər halda, məndən daha ağıllıdır və başqa şeylər barədə düşünmür. Tunelə girəndə özü yanır, çıxanda sönür. Axşamlar hava qaralana yaxın özü yanır, qarajda səhər yanır, çölə çıxırsan sönür. Ona görə də cərimə olunmamışam nə işığa, nə də sürət həddinə görə".

Bəxtiyar Məmmədli: "Elə avtomobillər var ki, tunelə daxil olan kimi maşının avtomatik yaxın işıqları yanır və elə də bir problem yaratmır. Tunellərdə sürət həddini gözləmək lazımdır, çünki orada sürətli hərəkət etmək təhlükəlidir. Avtomobilimdə bu sistem olduğu üçün yaxın işıq yandırmaqda problemim olmayıb. Eyni zamanda mən heç vaxt tuneldə radara düşməmişəm, ona görə də cəzalanmamışam".

Aziza İsmayılova: "Avtomobilim avtomatik işıq sistemli deyil. Mühərriki işə salan kimi yaxın işıqları yandırıram. Tunel oldu, olmadı. İşığın yanması sənin var olduğunu daha tez diqqətə çatdırır və qarşındakı sürücü güzgüdən baxan zaman sənin hərəkətdə olduğunu daha tez fərq edə bilir. Radara isə heç vaxt düşməmişəm, nə tuneldə, nə də yolda".

Niyaz Niftiyev: "Bizdə məsafəcə elə də uzun tunel olmadığı üçün işıqları yandırmağa ehtiyac olmur. Mən maşınımın yaxın işıqlarını tunellərdə yandırmıram. Şəxsən mən, məhz tuneldə sürət həddini aşdığıma görə də cərimələnməmişəm".

Qafar Ağayev: "Mən yaxın işıqları yandırmıram, sürət həddini də aşıram. Bu arada, hələ sürət həddinə görə radara düşməmişəm. Bəlkə siz gündəmə gətirəndən sonra radar qoyarlar".

Tamerlan Cəfərov: "Maraqlı mövzudur. Bizim qanunvericilikdə tunellərdə yaxın işığın yandırılması qeyd olunub, amma tunelin olub-olmamasının müəyyən edilməsi çətindir. Qanunda tuneli bildirən 1.29 nişanı var, amma onu da bəzən tətbiq etmirlər və ya səhv tətbiq edirlər. Məsələn, Ziya Bünyadov prospektindən Hava limanına çıxışda 1.29 nişanı yoxdur, amma ora çatmamış 10 metr eni olan bir körpünün yaxınlığında 1.29 nişanı qoyulub. Körpünün altı tuneldir ki, mən 1.29 nişanına görə, 10 metr məsafədə yaxın işığı yandırım? Yollarda belə müəmmalı məsələlər çoxdur".

7954
Teqlər:
yaxın işıqları, tunel, radar, qanun, sürücü, cərimə, avtomobil
Əlaqədar
DYP sürücülərə çağırış edir
Sürücülərə xəbərdarlıq edildi
Sürücülərin xeyrinə qərar qəbul edildi - Dəyişikliklərin mahiyyəti
Sürücülərə xəbərdarlıq olunur
Sürücü çobanı xəstəxanalıq, sürüsünü isə məhv etdi
Sürücülərin nəzərinə: Paytaxtın bu yolları ilə getməyin
 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi VİDEO

4
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri əməliyyatla bağlı birgə məlumat yayıblar.

BAKI, 11 iyul – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. 

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri bununla bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

4
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

22
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

22
Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə, arxiv şəkli

Kreditlərlə bağlı təklif hələ aktualdır - bank zərər görəcək, müştəri

0
(Yenilənib 20:23 11.07.2020)
Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə ay öncə Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Bu qərara görə, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu tədbir nəticəsində 1.1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Lakin kreditlərin üst-üstə daha da yığılması növbəti, payız aylarında onun ödənilməsini daha da çətinləşdirəcək. Bəs vəziyyətdən çıxış yolu olaraq nə etmək olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırkı vəziyyəti şərh edərək atılması vacib addımlardan söz açıb: "Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır. Lakin bununla bağlı biz çox dərindən düşünülmüş, problemi dərindən önləyə biləcək addımları görə bilmədik. Bildiyiniz kimi, ipoteka kreditləri ilə bağlı o qədər də nəzərə çarpmayan güzəştlər var. Çünki bu aylarda yığılan vəsaitlərin bir hissəsini sonradan artıqlaması ilə qaytarmalı olacaqlar".

“Bundan başqa fəaliyyətinə qadağa qoyulan özəl sektorlarda çalışan iş adamlarının götürdükləri kreditlərin faiz dərəcələrinin yarısını ödəməyi hökumət üzərinə götürüb. Onların gəlirləri yoxdursa, kreditlərinin yerdə qalan faizini belə ödəyə bilməyəcək. Problem dərinliyinədək ölçülmədi, adekvat addımlar atılmadı və bunun nəticəsi olaraq da payız aylarında problemli kreditlərin həcmində ciddi artımların olma ehtimalı var. Bu zaman da bank sektorunda müəyyən dalğaların, problemlərin yaşanması ehtimalı yarana bilər", - deyə N.Cəfərli əlavə edib.

Ekspert bildirib ki, indiki vəziyyətdə müəyyən qabaqlayıcı tədbirlə görülsə, payız aylarında vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, başqa ölkələrdə faiz dərəcələrinin dondurulması üçün müxtəlif təcrübələr olub: "Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür. 

Biz bununla bağlı təklif də irəli sürmüşük. Yəni, bu ilin sonunadək özəl sektora faizlərin hesablanması dondurula bilərdi. Əslində belə bir qərarın verilməsi hələ də gec deyil".

"Banklarla dəymiş ziyanın qarşısını almaq üçün xüsusi bir proqram hazırlana bilərdi. Təbii ki, banklar belə olan halda ciddi ziyan görəcəklər. Bu ziyanı qarşılamaq üçün dövlət bütün banklardan vergi ödənişlərini dondura bilər. Yəni bütün vergilərin bağışlanmasına gedilər. Bununla yanaşı, bank sektoruna  Mərkəzi Bank tərəfindən 0 faizlə 1 illik kredit xətti açıla bilərdi. 1  illik kredit xətti 0 faiz olduğundan, gələn ilin əvvəlindən 0 faizlə olan kreditləri istehlakçılara və biznesə daha yüksək - 14, 15, 16% ilə verməklə banklar itkilərini artıqlaması ilə geri ala bilərdilər. Lakin təəssüflər olsun ki, təklifimiz hələ dəyərləndirilməyib Amma hələ də gec deyil", - deyə ekspert əlavə edib.

0