Tərtər çayının yatağı

Göz qabağında olan fəlakəti görən yoxdur, özlərini ölümlə üz-üzə qoyurlar

607
(Yenilənib 16:37 22.07.2018)
Görünən odur ki, nə sakinlər, nə də tikintini aparanlar, gələcək təhlükəni ağıllarına da gətirmir

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Tərtər çayının yatağındakı mövcud duruma diqqət yetirəndə, ilk olaraq ağıla gələn Bərdə və bərdəlilər üçün yarana biləcək təhlükədir. Çay yatağında istirahət üçün bulvar və parkların yaradılması, məktəb, uşaq bağçası, 10 mərtəbəli yaşayış binası, digər şirkət və ticarət obyektlərinin tikilməsi bu təhlükəni daha da artırır.

Tərtər çayı mənbəyini işğal altında olan Kəlbəcərimizin buz bulaqlı yaylaqlarından götürür. 1970-ci illərdə çayın qarşısı Ağdərə rayonu ərazisində bəndlənərək SES yaradılıb. Müharibənin başlandığı dönəmdən bu günə qədər su anbarında təmir-bərpa işləri də aparılmayıb. Bu barədə ekoloqlarımız da həmişə narahatçılıqlarını ifadə ediblər.

Mütəxəssislərin fikrincə, Sərsəng su anbarının dağılması böyük bir ərazini humanitar fəlakətlə üz-üzə qoya bilər. Bərdə və Tərtər də daxil olmaqla bir sıra rayonlarımız üçün qəzanın nəticələri faciə demək olar.

Bu, kifayət qədər ciddi təhlükədir. Buna baxmayaraq, göz qabağında olan fəlakəti görən yoxdur. Tərtər çayının yatağında əvvəllər sahil bərkitmə işləri aparılsa da, bu gün həmin bəndlərin içi qalın meşəliklərə çevrilib. Bu halın özü də baş verə biləcək daşqın vəziyyətində ağacların maneəyə çevrilməsi, şəhərin su altında qalması ehtimalını yaradır. Ən azından, çay yatağını təmizləməklə selin rahat ötüb keçməsi üçün yol açmaq olar. Fəlakətin nəticələrini minimuma endirmək üçün xüsusi plan belə, hazır olmalıdır.

Yaşlı nəslin nümayəndələrinin fikrincə, güclü sel hər an gələ bilər. Dəfələrlə çay daşqını ailə faciələrinə səbəb olub. Çayda çimən, ya da sahilində oynayan uşaqlar qurbana çevriliblər.

Sputnik Azərbaycan-a danışan şəhər sakini Rafiq Hüseynov 1985-ci ildə baş verən dəhşətli hadisəni xatırlayır: "Hadisə gözlənilmədən baş verdi. Günəşli hava idi. Qəflətən gələn sel yataqda nə vardısa, ağuşuna alıb apardı. Fazil adlı kişinin uşağı da həmin vaxt selin qurbanına çevrildi. Çay sakitləşəndən sonra nə qədər axtarıldısa da, faydası olmadı. Uşaq yoxa çıxdı".

Başqa bir şəhər sakini Vüsal Məmmədov da 94-95-ci illərdə belə bir hadisə olduğunu qeyd edir. Bildirir ki, uzaq qohumu olan bir ailənin iki uşağını sel aparıb. Qız uşağını xilas eləmək mümkün olsa da, oğlanı tapmaq mümkün olmayıb.

  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
  • Tərtər çayının yatağı
    Tərtər çayının yatağı
    © Sputnik / Musa Muradlı
1 / 8
© Sputnik / Musa Muradlı
Tərtər çayının yatağı

Bu gün Tərtər çayının suyu az gəldiyi üçün heç kimin ağlına pis hadisə gəlmir. Sanki, burada sel təhlükəsindən sığortalanıblar. Çayın yatağında 10 mərtəbəli yaşayış, 1000 yerlik məktəb binası, uşaq bağçası, şadlıq sarayları, restoranlar, ticarət və biznes obyektlərinin inşası həyata keçirilib. Bulvar və parklar yaradılıb. Ərazidə indi də tikinti işləri davam etdirilir.

Nəzərə alsaq ki, Tərtər çayı üzərində qurulan Sərsəng su anbarı erməni işğalı altındadır, deməli, təhlükə hər an var. Leysan yağışların düşdüyü vaxtda bir bəhanə yetər ki, ermənilər "anbarda suyun səviyyəsi qalxıb" — deməklə bəndin qapılarından birini qaldırsınlar. Yarana biləcək fəlakətin miqyasını təsəvvür eləmək çətin deyil.

Azərbaycanlı mütəxəssislər də zaman-zaman Sərsəng su anbarının drenaj mühafizə sisteminin, qoruyucu avadanlıqlarının eroziyaya məruz qaldığını bildiriblər. Qeyd ediblər ki, Sərsəng su anbarında yaranmış qəzalı vəziyyətə görə Tərtər və Bərdə rayonları su basma təhlükəsi qarşısındadır.

Sərsəng su anbarındakı təhlükəli vəziyyətlə bağlı AŞPA-nın da qətnaməsi var. Bu qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi tələb olunur. Deməli, Tərtər çayında baş verə biləcək təbii fəlakət təhlükəsi AŞPA kimi beynəlxalq qurumu belə, narahat edir. Çay yatağında mövcud durum isə bizim bu narahatçılığa əhəmiyyət vermədiyimizi göstərir.

Ümid edək ki, səlahiyyətli şəxslər baş verə biləcək hadisə barədə istənilən ehtimala diqqətlə yanaşacaq, milli təhlükəsizliyimiz naminə zəruri addımlar atacaqlar.

607
Teqlər:
Tərtər çayı, Bərdə, fəlakət, AŞPA, Sərsəng su anbarı, faciə, təhlükə
Əlaqədar
AŞPA-da Sərsəng su anbarı ilə bağlı sənəd qəbul edilib
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

7
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

7
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

3
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

3
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0