Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Azərbaycandan strateji cihaz çıxaran cinayətkar qrup tutuldu

288
(Yenilənib 21:16 20.07.2018)
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb

BAKI, 20 iyul — Sputnik. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.

Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan Respublikasının vətəndaşları — Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya Federasiyasının vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycanın gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.

Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Sədərək" bazarında Südabə Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

288
Teqlər:
həbs, qaçaqmalçılıq, cihaz, Xaçmaz Gömrük İdarəsi
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

2
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

2
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

7
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

7
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
(0:49 / 5.85Mb / просмотров видео: 3)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

0
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə