CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“BakuBus” rəsmisi: “Bizə qarşı sifarişli yazılar yazdırırlar”

© Sputnik / Murad OrujovBakuBus автобус
BakuBus автобус - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ilin birinci rübündə isə 85 nəfər sürücü işdə verdiyi xətaya görə işdən azad edilib, 200-ə yaxın sürücü cəzalandırılıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bu gün “Mətbuat günü” münasibəti ilə “BakuBus” MMC-nin rəhbər işçiləri jurnalistlərlə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə “BakuBus” MMC-nin direktor müavini Azər Qasımov jurnalistləri salamlayıb və qurum haqqında bəzi məlumatları onların nəzərinə çatdırıb.

A.Qasımov bildirib ki, şirkət yarandığı gündən daima irəliləməyə, sərnişinlərə yaxşı xidmət etməyə çalışır: “Bu yolda müəyyən nöqsanlarımız ola bilir. Biz də çalışırıq ki, çatışmazlıqları görək və aradan qaldıraq. Mətbuatı da izləyirik və sizin tənqidi yazılarınızı nəzərə alıb nöqsanlarımızı aradan qaldırırıq”.

© Sputnik / Tarana Khudabakhshiyeva“Mətbuat günü” münasibəti ilə “BakuBus” MMC-nin rəhbər işçiləri jurnalistlərlə görüş
“Mətbuat günü” münasibəti ilə “BakuBus” MMC-nin rəhbər işçiləri jurnalistlərlə görüş  - Sputnik Azərbaycan
“Mətbuat günü” münasibəti ilə “BakuBus” MMC-nin rəhbər işçiləri jurnalistlərlə görüş

“Səhvlərimizi bizə göstərdiyiniz üçün sizə təşəkkür edirik. Bilirsiniz ki, bu gün bizim sahədə də rəqabət güclüdür. Bəzi daşıma şirkətləri bizim uğurları qəbul edə bilmir və qısqanclıqla yanaşırlar. Hətta sifarişli yazılar yazdıran rəqiblərimiz də olur. Bunu da normal qarşılayırıq” – deyə qurum rəsmisi əlavə edib.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Bir marşrut xətti də “BakuBus”a verildi

O vurğulayıb ki, “BakuBus” MMC-yə ünvanlanan bütün şikayətlərə baxılır: “Hər şikayətçi bizim üçün dəyərlidir. 2017-ci ildə 154 sürücü iş zamanı yol verdiyi nöqsana görə işdən çıxarılıb. 2018-ci ilin birinci rübündə isə 85 nəfər sürücü işdə verdiyi xətaya görə işdən azad edilib, 200-ə yaxın sürücü cəzalandırılıb”.

“Bizim məqsədimiz sərnişinlərə yüksək səviyyədə xidmət etməkdir. Nəzərə alınmalıdır ki, bu sürücülərin əksəriyyəti başqa daşıyıcılarda işlədikləri üçün onları qısa bir zamanda dəyişib, nizam-intizamlı edə bilmək çox çətindir. Bizim sürücülərə qarşı çox ciddi tələblərimiz var. Çünki onlara sərnişinləri etibar edirik” – A.Qasımov vurğulayıb.

“BakuBus” MMC-nin direktor müavini bir məsələni də jurnalistlərin diqqətinə çatdırıb: “Bizdə xüsusi işçilər var ki, onları heç kim tanımır. Onlar bizimlə kənardan əməkdaşlıq edirlər. Onların işi avtobuslara daxil olub sürücünün qaydalara necə riayət etdiyini, sərnişinlərlə necə rəftar etdiyini izləyib, bizə qayda pozuntuları haqqında məlumat verməkldir”.

“Bəzi sərnişinlər avtobusların gecikdiyindən şikayət edir. Amma sərnişinlərə üzümüzü tutub deyirik ki, bu bizdən asılı səbəb deyil. Tıxaclar bu cür halların yaranmasına səbəb olur və bizim də intervalın pozulmasına gətirib çıxarır” – deyə o, sərnişinlərə də səslənib.

Sonda Azər Qasımov media işçilərinə maarifləndirmə işlərinin aparılmasında onlara birlikdə çalışmağı təklif edib.

Xəbər lenti
0