BAKI, 20 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov azərbaycanlı həmkarı Səmra Rəhimliyə gözlənilməz hədiyyə edib.
Müğənninin prodüseri İlahə Baxşiyeva Sputnik Azərbaycan-a xəbər verib ki, Səmra Kiyevdə yeni mahnısına klipin çəkilişini başa çatdırıb. Mahnını isə ona Emin bağışlayıb.
"Tamaşaçılar müəllifi Emin Ağalarov olan kompozisiyaya çəkilmiş çarxı tezliklə görə biləcəklər. Hələlik klip montaj səviyyəsindədir. Mahnının adını açıqlamaq istəmirik" — deyə Baxşiyeva bildirib.
Səmranın yeni klipinin təqdimetmə mərasimi bu həftə baş tutacaq.
Bundan əlavə, Rəhimli "Jara-2018" Beynəlxalq Musiqi Festivalına hazırlaşır. O, iyulun 28-də xarici həmkarları ilə bir yerdə festivalda çıxış edəcək.
Səmra Rəhimli uşaq yaşlarından oxuyur. O, "Azərbaycanın səsi" milli vokal müsabiqəsində iştirakdan sonra məşhurlaşıb. Bundan sonra onu "Avrovizion" beynəlxalq mahnı müsabiqəsində çıxış üçün seçiblər. Hazırda o, yeni layihələr üzərində çalışır.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.