Bankomat

Bankomatlardan pul çıxararkən diqqətli olun: dövlət qurumu bütün banklara məktub göndərib

13370
(Yenilənib 11:24 21.07.2018)
"Ümumiyyətlə, banklardan belə bir tələb yoxdur, ona görə də vəziyyətdən sui-istifadə edirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Azərbaycanda nağdsız hesablaşmalar istiqamətində bir sıra işlər, layihələr həyata keçirilsə də, hələ ki, bütün sahələrdə tam olaraq nağdsız ödənişə keçmək mümkün olmayıb. Bu da təbii ki, bir sıra çətinliklərə səbəb olur. O cümlədən şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında və s. maneələr törədir. Həmçinin, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır.

Alğı-satqının tam olaraq nağdsız ödəmələr vasitəsilə aparılmaması sıravi vətəndaşları da bir sıra problemlərlə üz-üzə qoyur. Belə ki, vətəndaşlar hər ay əmək haqqını, təqaüdünü şəxsi kartından çıxarıb, digər ödənişlər üçün istifadə etməyə məcburdurlar. Bunun üçün də müxtəlif yerlərdə quraşdırılmış bankomatlardan istifadə edirlər. Problem isə çıxarılan məbləğin qəbzinin alınması zamanı yaşanır.

Bildiyimiz kimi, bankın və ya bankomatın verdiyi qəbz kartın hesabından çıxarılan məbləği təsdiq edən sənəddir. Təəssüflər olsun ki, şəhərdə bir çox bankomatlar qəbz vermir. Bu da təbii ki, vətəndaşın bir sıra xoşagəlməz hallarla üzləşməsinə səbəb ola bilər.

Sputnik Azərbaycan hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənovla hazırda aktual olan bu məsələ ətrafında danışıb. Əkrəm Həsənov bildirib ki, ilk baxışdan adi görünən qəbzin bankomat tərəfindən verilməməsi bəzən müştəri üçün böyük problemlərlə nəticələnə bilir. Ona görə sübut olaraq və əməliyyatı təsdiqləyən qəbzin olması mütləqdir.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Ekspert vurğulayıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da bu barədə bir qayda yaratmayıb: "Əslində qanunda yoxdur ki, bankomatdan pul çıxaran zaman bankomat mütləq şəkildə çek verməlidir. Ümumiyyətlə, banklardan belə bir tələb yoxdur. Ona görə də banklar da bundan sui-istifadə edir".

Hüquqşünasın fikrincə, yaxşı olardı ki, bu məsələ gündəmə gətirilsin və yeni qanun qəbul edilsin: "Çünki bu məsələ həllini tapmasa, vətəndaş qəbz almadığına görə heç kimə şikayət edə bilməyəcək və məsələ onun xeyrinə həll olunmayacaq. Bu da çox pis haldır".

Bu məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da sorğu göndərdik. Qurumun həmin sorğumuza verdiyi cavabı olduğu kimi təqdim edirik:

"Qeyd olunan məsələ ilə bağlı Palata tərəfindən müvafiq tədbirlərin görülməsi məqsədilə cari ilin 05 iyul tarixində bütün banklara məktub göndərilib. Məktubda banklara bu sahədə qanunvericiliyin tələblərinə riayət etmələri istiqamətində tapşırıqlar verilib".

Palatadan o da bildirilib ki, bu məsələ ilə bağlı problem yaşayan şəxslər Maliyyə Bazarlarının Nəzarət Palatasını qaynar xəttinə müraciət edə bilərlər: "Vətəndaş belə halla üzləşərsə, (+012)4935058 nömrəsinə zəng edərək və ya palatanın rəsmi saytında elektron müraciət edərək hansı ərazidə yerləşən bankomatda qəbzin olmadığını xəbər verməlidir".

13370
Teqlər:
bank, Azərbaycan, Əkrəm Həsənov, Maliyyə Bazarlarına Nəzarət Palatası, bankomat, nağdsız hesablaşma, qəbz
Əlaqədar
Mərkəzi Bank bu günə olan məzənnələri açıqladı
Ləğv olunan bankların əmlakı hərraca çıxarılır
Əmanətçilərin 100 milyon manatını oğurlamaqda günahlandırılan bankir saxlanıldı
Siçanlar banka girdilər, milyonları yedilər
Banklardan əhaliyə şad xəbər
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

9
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

9
Teqlər:
İES, SES
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

237
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

237
Teqlər:
İraq