CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyulun 21-dən iki marşrut xətti ləğv ediləcək

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
7A və 7B marşrut xətləri 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılıb

BAKI, 19 iyul — Sputnik. İyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsi ilə olacaq: "Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib".

Xəbər lenti
0