Taxıl sahəsi, arxiv şəkli

Göyçayda təxribatçı tutuldu

116
(Yenilənib 17:28 19.07.2018)
Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib

BAKI, 19 iyul — Sputnik. Bu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində biçilmiş 20 hektar taxıl sahəsi yandırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

116
Teqlər:
yandırmaq, taxıl sahəsi, Göyçay rayonu, Daxili İşlər Nazirliyi, həbs