CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçilərimiz yarışa qoşulur: Tanklar, artilleriya, snayper...

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidHərbi texnikanın nümayişi, Arxiv şəkli
Hərbi texnikanın nümayişi, Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək

BAKI, 18 iyul — Sputnik. "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək. Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrinə qatılacaq.

Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək "Dərinlik" və Rusiyada təşkil olunacaq "Qoşun kəşfiyyatı əlaçıları" müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Xəbər lenti
0