Tural Hümbətzadə

Onu görənlərdən xahiş olunur ki...

117
(Yenilənib 20:58 17.07.2018)
Tural Hümbətzadəni görənlərdən xahiş edilir ki, aşağıdakı nömrələrlə əlaqə saxlasınlar

BAKI, 17 iyul — Sputnik. Astara rayon Siyaku kənd sakini 03.11.2003 təvəllüdlü Hümbətzadə Tural Səxavət oğlu itkin düşüb.

Tural Hümbətzadə
© Foto T.Hümbətzadənin yaxınları tərəfindən təqdim olunub
Tural Hümbətzadə

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Turalın yaxınları sosial şəbəkədə məlumat verib. Bildirilib ki, o 14.07.18 tarixində saat 19.00 — da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda hər kəs onu axtarır.

Tural Hümbətzadəni görənlərdən xahiş edilir ki, aşağıdakı nömrələrlə əlaqə saxlasınlar:

0554143650, 0773270705.

117
Teqlər:
sosial şəbəkə, itkin, Astara rayonu

Tarixin ən məşhur insanları hadisələri bir yerə toplaşanda - FOTOLENT

14
(Yenilənib 11:48 18.05.2021)
Parisdəki Qreven Mum Muzeyi, koronavirus pandemiyası səbəbindən altı aylıq fasilədən sonra qapılarını yenidən açır. Fiqurların açılış mərasiminə necə hazırlandığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bir çox ölkədəki muzeylər uzun müddətdir bağlanmışdı. Eyni aqibət Parisdəki məşhur Qreven mum muzeyinin də başına gəlib. Lakin mayın 19-da muzey yenidən ziyarətçilər üçün qapılarını açacaq.

Qreven ən qədim muzeylərdən biridir. O, 1881-ci ildə Madam Tüssonun mum fiqurlar muzeyi əsasında qurulub. Muzeyin kolleksiyasında məşhur insanların və ya qondarma personajların təxminən 450-yə qədər mum fiquru var. Onların arasında kimlər yoxdur? Elvis Presli və Maykl Ceksondan tutmuş dünyanın tanınmış siyasi xadimləri, artistləri, müğənnilərinə qədər. Hətta orada bizə filmlərdən yaxşı tanış olan qalların Obeliksinə də rast gəlmək mümkündür. 

Dünyaca məşhur olan şəxslərdən başqa burada Fransa və dünya tarixindəki məşhur məqamları, məsələn, Janna Darkın yandırılmasını və insanın Aya enməsini də görmək mümkündür. 

14
  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Naomi Kembellin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Donald Trampın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Jerar Depardyenin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Merlin Monronun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Elton Conun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində şahzadə Yelizovetanın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Selin Dion və Elton Conun heykəli

Müğənni Samirə Əfəndi Rotterdamda firuzəyi xalıda

Bu gün Azərbaycan təmsilçisi "Avroviziya"nın birinci yarımfinalında çıxış edəcək

7
(Yenilənib 11:15 18.05.2021)
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

BAKI, 18 may — Sputnik. Bu gün ölkəmizi "Avroviziya-2021" mahnı müsabiqəsində təmsil edən Samirə Efendi birinci yarımfinal mərhələsində çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı "Mata Hari" mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Qeyd edək ki, Niderland Krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.

7
Belarusun Müdafiə naziri Viktor Xrenin, arxiv şəkli

Belarusun müdafiə naziri Azərbaycana gəlib

0
(Yenilənib 11:56 18.05.2021)
Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

BAKI, 18 may — Sputnik. Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən ay (13-14 aprel) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına işgüzar səfər edib. Azərbaycan ilə Belarus arasında baytarlıq, turizm və energetika sahələrinə dair anlaşma memorandumları imzalanıb.

Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

0