Tuneldə hərəkət edən avtomobillər, arxiv şəkli

Ölüm tunelinə girənlər: qaydanı bilirlər, qorxuları var

415
(Yenilənib 19:46 17.07.2018)
Tural Yusifov: "Bu günə kimi heç bir sürücünün yaxın işığı yandırmadığı üçün cərimə olunduğunun şahidi olmamışam"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Sükan arxasında oturan hər bir sürücü bilməlidir ki, tunellərə daxil olan zaman avtomobilin sürəti 60 km/saata endirilməlidir. Eyni zamanda günün səhər saatlarında belə, tunelə daxil olan kimi avtomobilin yaxın işıqları yandırılmalıdır. Buna səbəb isə tunelin süni işıqlandırılmasıdır. Çünki tuneldə işıqlar qəfil sönərsə, avtomobil sahibləri idarəetməni itirə və qəza törədə bilərlər.

Təəssüflər olsun ki, bu qaydaya sürücülərin əksəriyyəti riayət etmir. Səbəb isə odur ki, sürücülər bu kobud qayda pozuntusunun qarşılığında cərimə edilməyəcəklərinə arxayındırlar. Elə buna arxayın olaraq mövcud qaydanı pozmaqda davam edirlər.

Sputnik Azərbaycan bu məsələ ilə bağlı yol-nəqliyyat mütəxəssislərinin fikirlərini öyrənib.

Ekspert Tural Yusifov bildirib ki, ümumiyyətlə, bütün bunlara səbəb sürücülərin peşəkar sürücülük təhsil almamaları dayanır: "Sürücülərin əksəriyyəti kurslara getmir, atası, əmisi ona avtomobil sürməyi öyrədir və bununla sükan arxasına otururlar. Test imtahanında da vəziyyət heç də ürəkaçan deyil. Sürücü olmaq istəyənlərə imtahanda praktik məsələlər deyil, texniki suallar düşür. O da məhz insanı çaşdırmağa və imtahandan kəsilməsi üçün nəzərdə tutulan bir taktikadır. Ona görə də vəziyyət bu hala gəlib çıxır".

T.Yusifovun fikrincə bu problemin aradan qaldırılması üçün sürücülük imtahanında suallar praktikadan daha çox düşməlidir ki, imtahana hazırlaşanlar praktik məsələləri dərindən öyrənsinlər: "İmtahandan uğurla keçən şəxslər daha sonra savadlı müəllim yanına gedərək avtomobil idarə etməyi öyrənməlidirlər. Tunellərdə yaxın işıqların yandırılmasını və sürətin aşağı salınması məsələsini, heç olmasa, müəllim onlara praktikada desin. Əminəm ki, bu gün sürücülərin əksəriyyəti belə bir qaydanın olduğunu bilmir".

"Polis belə halda cərimə yazmır. İstəsələr, hər tunelə daxil olan sürücüyə yaxın işıqları yandırmadığı üçün 30 manat cərimə yaza bilərlər. Amma eləmirlər. Bu günə kimi heç bir sürücünün yaxın işığı yandırmadığına görə cərimə olunduğunun şahidi olmamışam", — deyə ekspert əlavə edib.

Tural Yusifov onu da qeyd edib ki, Bakı şəhərində kifayət qədər radar kameraları quraşdırılıb. Amma bəzi yerlərdə də kameraların qoyulmasına və nəzarətə ehtiyac var: "Düzü, mən kamera qoyulmasını çıxış yolu kimi görmürəm. Bu, sürücü mədəniyyətindən asılıdır. Bu cür problemləri həll etmək istəyiriksə, sürücülük imtahanının səviyyəsini artırmalıyıq və SSRİ dövründən qalma imtahan qaydalarında dəyişiklik etməliyik. Əks halda, belə problemlər qalmaqda davam edəcək".

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev isə deyib ki, Bakı şəhərində və ölkə ərazisində kifayət qədər kameralar və stasionar sürət ölçən radarlar quraşdırılıb: "Eyni zamanda DYP-yə aid olan Yol Patrul Xidmətinin Patrul Avtomaşınlarında da sürət ölçən cihazlar mövcuddur. Onlar tərəfindən də həmişə olduğu kimi qayda pozan sürücülər aşkar olunur və onlar barəsində elektron protokol tərtib olunur".

R.Quliyev vurğulayıb ki, tuneldə sürücülərin işıq cihazlarından düzgün istifadə etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 maddəsində öz təsdiqini tapıb.

"İşıq cihazlarından və səs siqnallarından düzgün istifadə edilməməsinə görə sürücüyə 30 manat cərimə tətbiq olunur. Dövlət Yol Polisi Əməkdaşları belə hallar baş verən zaman qayda pozan sürücüləri saxlayıb inzibati məsuliyyətə cəlb edirlər", — deyə Rüfət Quliyev əlavə edib.

415
Teqlər:
cərimə, Rüfət Quliyev, Baş Dövlət Yol Polisi İdarəsi, qayda, Tural Yusifov, sürət, işıq, sürücü, tunel
Sitrus bağları, arxiv şəkli

Noyabr ayının havası - O da bizi Qarabağa səsləyir

2
(Yenilənib 17:50 31.10.2020)
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq

BAKI, 31 oktyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı proqnozlaşdırılır.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.

2
Dərman, arxiv şəkli

Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi

2
O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda COVID-19 xəstəliyini yüngül keçirən xəstələrə də dərmanlar dövlət tərəfindən verilir. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, bu məlumatı Azərbaycanın Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Türk Konseyi Sağlıq Bilim Kurulunun toplantısında iştirak edərkən bildirib. E.Ağayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iki ayda 4 min çarpayılıq 12 modul xəstəxana COVID-19 xəstələrinə xidmət üçün verilib. E.Ağayev COVID-19-u yüngül keçirən xəstələrin evdə izolyasiya olunaraq müalicələrini davam etdirdiklərini dilə gətirib. Nazir müavini Azərbaycanda koronavirusa yoluxma sayının gündəlik 500-600 təşkil etdiyini, ümumi xəstə sayının 53 mini keçdiyini söyləyib. E.Ağayev bu səbəbdən də təhsil müəssisələrində dərslərin iki həftəlik dayandırıldığını, onlayn təhsilə qərar verildiyini bildirib.

E.Ağayev çıxışı zamanı Azərbaycanda 7-8 bölgədə virusa yoluxma sayının artması səbəbindən giriş-çıxışa qadağa qoyulduğunu diqqətə çatdırıb. O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib.

2