Ekstrasens Zirəddin Rzayev

Zirəddin Rzayev bunu da etdi - VİDEO

501
(Yenilənib 10:13 17.07.2018)
Azərbaycanlı ekstrasens Zirəddin Rzayev türk müğənnisi Mümin Sarıkayanın repertuarından "Ben yoruldum hayat" lirik kompozisiyasını ifa edib

BAKI, 16 iyul — Sputnik. Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev yeni addımı ilə dostları və pərəstişkarlarını təəccübləndirib. Sputnik Azərbaycan Rzayevin şəxsi "Instagram" səhifəsinə istinadən xəbər verir ki, Zirəddin gözəl səsi olduğunu nümayiş etdirib.

Ekstrasens mahnı oxuduğu videonu səhifəsinə yerləşdirib. O, videoda məşhur türk müğənnisi Mümin Sarıkayanın repertuarından "Ben yoruldum hayat" lirik kompozisiyasını ifa edib.

Z.Rzayev qeyd edib ki, mahnını Moskva restoranlarından birində bir yerdə dincəldiyi dostları üçün oxuyub.

 

 

Rzayevin səhifəsinin izləyiciləri onun səsini çox bəyəniblər və ekstrasensdən onları tez-tez səsi ilə sevindirməyi xahiş ediblər. Onların arasında elələri də olub ki, Zirəddinə müğənni olmağı təklif edib.

Zirəddin Rzayev tanınmış ekstrasens, təbib, "Ekstrasenslərin döyüşü" populyar şousunun altıncı mövsümünün finalçısıdır. O, ixtisasca tibb işçisidir. Hazırda Moskvada yaşayır, işləyir, müxtəlif proqramlarda çıxış edir.

Sonda Mümin Sarıkayanın ifasında mahnının orijinal variantını da təqdim edirik.

501
Teqlər:
oxumaq, ekstrasens, Zirəddin Rzayev, ifa, restoran, müğənni, mahnı
Əlaqədar
Zirəddin Rzayev oliqarxın sevgilisi olan məşhur qadının sirli ölümünün üstünü açdı
Zirəddin Rzayev məşhur rus aparıcını cəmiyyət üçün böyük təhlükə adlandırıb
Efirdən qovulan Zirəddin Rzayev kadrarxası mətləbləri ortaya çıxardı
Zirəddin Rzayev: "Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır"
Zirəddin Rzayev Fətullah Gülənə ölüm diaqnozu qoydu