Qəzetlər

Prezident qəzetlərə bir milyon ayırdı

41
(Yenilənib 10:18 17.07.2018)
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb

BAKI, 16 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

41
Teqlər:
Azərbaycan prezidenti İlham Əliyev, qəzet, sərəncam, maliyyə yardımı