“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi”  adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı

Uşaqların şəxsi inkişafına yönəlik layihə başa çatıb

59
(Yenilənib 16:39 16.07.2018)
Tural Məmmədov: "Məqsədimiz aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafına yardım etmək idi"

BAKI, 16 iyul — Sputnik. Bu gün "Biosfer" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı
© Sputnik / Murad Orujov
“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Tural Məmmədov bildirib ki, sözügedən layihə cari ilin may-iyun-iyul aylarını əhatə edib: "Bizim məqsədimiz uşaqların, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafına yardım etmək, onların müəyyən bilik-bacarıqlara sahib olmalarına dəstək vermək və gələcəkdə cəmiyyətimiz üçün faydalı işlər görən insanlara çevrilmələrinə stimul yaratmaq idi".

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi”  adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı
© Sputnik / Murad Orujov
“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı

Layihə üzə təlimçilərdən Səbinə Novruzzadə görülən işlərdən danışıb: "Layihə çərçivəsində 3 təlim nəzərdə tutulmuşdu və hər biri uğurla keçirildi. 2 təlim Nizami, 1 təlim isə Xəzər rayonunda baş tutdu. Onlara həyatın nizamını, müstəqil yaşam qaydalarını öyrətməyə çalışdıq, fikir mübadilələri aparıldı, sahib olduqları şəxsi keyfiyyətlərin üzə çıxarılması yönündə iş gördük. Düşünürük ki, qarşıya qoyduğumuz məqsədlərə nail ola bildik".

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı
© Sputnik / Murad Orujov
“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı

Digər təlimçi Zülfiyyə Salayeva da görülən işlər barədə danışıb. Daha sonra təlimlərə cəlb edilmiş uşaqlar və tədbirə dəvətli olan qonaqlar öz fikirlərini bildiriblər.

59
Teqlər:
"Biosfer" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, aztəminatlı ailələr, layihə, uşaq
Əlaqədar
Aztəminatlı ailələrdən olan uşaqlar üçün növbəti təlim keçirilib
Aztəminatlı ailələrə şad xəbər
Dövlət aztəminatlı ailələrin əsas ehtiyaclarından birini öz çiyninə götürür
Aztəminatlı ailələrin dəfn və yas mərasimlərinin keçirilməsinə onlar yardım edəcək
Aztəminatlı ailələrdən olan uşaqların xüsusi qayğıya ehtiyacı var