CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaçdım sənin dalınca mən, gördüm yoxsan..."

CC0 / Wikimedia / Mirzə Babayev
Mirzə Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
105 il əvvəl Azərbaycanın görkəmli estrada müğənnisi Mirzə Babayev anadan olub

BAKI, 16 iyul — Sputnik. 1913-cü il iyulun 16-da xalq artisti, görkəmli müğənni Mirzə Babayev (1913 — 13.1.2003) anadan olub. 

Onun ifa etdiyi "Uzaq, yaşıl ada", "Liman", "Saçlarına gül düzüm" və s. mahnılar bu gün də sevilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə ("Telefonçu qız" — Qulam, "Qaraca qız" — Səlim bəy, "Dəli Kür" — kəndli kişi, "Dərviş Parisi partladır" — dərviş Məstəli şah, "Bəyin oğurlanması"  - Amanoğlu və s.) maraqlı rollar oynayıb.

İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib. 

Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman — görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Xəbər lenti
0