Avtomobil qəzası, arxiv şəkli

Avtomobil yolu keçən 4 nəfəri vurdu

92
(Yenilənib 00:29 16.07.2018)
Onlardan ikisi qadın, biri kişi, biri isə azyaşlı körpədir

BAKI, 16 iyul — Sputnik. Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bayraq meydanında baş verib. 

Belə ki, "Mercedes" markalı maşın yolu keçmək istəyən 4 piyadanın vurub. Onlardan ikisi qadın, biri kişi, biri isə azyaşlı körpədir. Yaralılar xəstəxanaya çatdırılıb. 

Yaralılar:

Nəsibova Labidə Zülfüqar qızı

Nəsibov Zülfüqar Rəmzi oğlu

Nəsibova Gülnar Zülfüqar qızı

Hüseynova Mələk Pərviz qızı

Faktlla bağlı araşdırma aparılır.

92
Teqlər:
piyada, Mingəçevir, qəza, avtomobil