Həkim uşaqdan qan analizi götürür

Diyetoloqlardan valideynlərə xəbərdarlıq

165
(Yenilənib 11:37 16.07.2018)
Meyvə şirələri uşaqların səhhəti üçün çox ziyanlıdır

BAKI, 16 iyul — Sputnik. Bəzi dadlı görünən qidalar uşaqların sağlamlığına ciddi ziyan vura bilir. Valideynlərin belə, bilmədiyi bu qidaların adını diyetoloqlar açıqlayıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məhsullardan biri də şirniyyat məhsullarıdır.

Həmin məhsullar qanda insulini artırır və çəki artmasına səbəb olur. Artıq çəki də hormonal sistemi pozur və ürək-qan damar sisteminin pozulmasına, bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Dietoloq Yelena Salomotina uşaqların səhhətinə ziyan olan qidalar haqqında danışan zaman deyib ki, meyvə şirələri uşaqların səhhəti üçün çox ziyanlıdır. Eyni zamanda uşaqlar peçenye, suxari yeməməlidir. Buna səbəb isə bu qidaların tərkibində marqarinin olmasıdır. Tez hazırlanan səhər yeməkləri də uşaqların səhhəti üçün ziyanlıdır. Xüsusilə tez hazırlanan sıyıqları buna misal göstərmək olar. Sıyıqların tərkibində şəkər, xüsusi dad və rəng verən maddələr var.

Eyni zamanda mağazadan alınan kəsmik, yoqurtları da ziyanlı qidalar siyahısına əlavə etmək lazımdır.

165
Teqlər:
dietoloq, səhhət, sıyıq, kəsmik, şirniyyat, qida, uşaq
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

4
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

4
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı