İsti yay günü, arxiv şəkli

Həftənin ilk günü üçün hava proqnozu açıqlandı

187
(Yenilənib 13:51 15.07.2018)
Havanın temperaturu gecə 24-27°, gündüz 28-33° təşkil edəcək

BAKI, 15 iyul — Sputnik. Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27°, gündüz 28-33° təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 33-37° isti, dağlarda gecə 16-21°, gündüz 27-32° isti olacaq.

187
Teqlər:
temperatur, dəniz suyu, hərarət, yağış, proqnoz, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Səmra Hüseynova, arxiv şəkli

Azərbaycan gözəlinə atasından dəstək: Sənə artıq söz deyənin başını kəsərəm

2004
(Yenilənib 19:56 20.06.2021)
Səmranın fikrincə, insanlarımızda inkişaf etmək, dünyaya inteqrasiya olunmaq, stereotipləri aşa bilməmək qorxusu var.

Səmra Hüseynova - "Miss Azərbaycan-2019"-un qalibidi. On ildən çoxdur ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Hər zaman azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilən modeli gəlin yaxından tanıyaq. Səmra özü və sənəti ilə bağlı heç yerdə demədiklərini Sputnik Azərbaycan-la bölüşüb:

"8-9-cu sinifdə oxuyanda artıq qərara almışdım ki, mən model olacam. Həmin vaxtlarda Rəssamlıq Akademiyasında dizaynerlər modellər axtarırdılar, onlarla çalışırdım. Bir sıra tədbirlərdə model kimi çıxış edirdim".

Gələcəyin məşhur modeli yolunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən salır: "Buna görə də İncəsənət Universitetini seçdim. Bildiyiniz kimi modellik sənəti üçün ayrıca bir sahə yoxdur. Mən rejissorluq fakültəsinə daxil oldum. Universitetdə həm də aktyor sənətindən də dərs keçirdilər. Bu da mənə model kimi fəaliyyət göstərməyimə kömək edir".

"Modellik sənəti sizdən nələri aldı?" sualına belə cavab verdi: "Kameralar məni çəksin, saytlar məndən yazsın, mən danışılım. Deməzdim məndən nəyisə aldı. Aldısa, demək belə lazım imiş. Modelliyi seçdiyimə görə, çox şeyi itirdim. Yaxşı ki, itirdim. Modellik peşəsində yalançı dostlarımı, yalançı qohumlarımı itirdim. Hətta sevdiyim insanı itirdim. Deməli, məni sevmirmiş. Sevsəydi, seçimimə hörmətlə yanaşardı. Amma qazandıqlarım daha çoxdur".

Həmişə göz önündə olmaq istəyən Azərbaycan gözəli onun qarşısına qoyulan sədlərdən danışıb: "Əvvəllər atam qətiyyən razı deyildi. Mən podiuma çıxmağa hazırlaşırdım, anam işdən çıxıb, gəlib məni götürüb aparırdı evə. Bütün günü ağlayırdım ki, anam məni qoymur. Atama dedim ki, "sən mənim atamsan, mənim arxamda olmalısan, mənə güvənməlisən". Atam mənə dedi ki, "nədə özünü xoşbəxt hiss edirsən?"Atama dedim ki, mən çox böyük uğur qazanacam. Amma buna görə məni tənqid də, təhqir də gözləyir. Atam dedi ki, "sən özünü lüt bədəndə bağlı görürsənsə, mənə sənin tərbiyəndən başqa, heç kimin fikri önəmli deyil. Bundan sonra mənə icazə verdi. Bu gün də deyəndə ki, "ata, filankəs məni təhqir edir". Deyir sənə artıq söz deyənin başını kəsərəm".

Səmra insanların modellərə olan münasibətini dəyişəcəyini düşünür: "Bizdə elə düşünürlər ki, modellik soyunmaqdır. Modellik soyunmaq deyil, modellik zəriflikdir, nümayişdir. Sənə verilən əl işini sən soyunsan belə, onu lüt göstərmədən təqdim edirsən. Məsələn, mənə alt paltarı geyimi gətirirlər. Mən onu təqdim edirəm. Mən onu 2 formada təqdim edə bilərəm: Mən onu vulqar da təqdim edə bilərəm. Modellik isə odur ki, sən onu vulqar yox, sənə onu incəsənət nümunəsi kimi təqdim etməlisən. Ümid edirəm ki, bir gün insanlar buna incəsənətin bir növü kimi qarşılayacaq".

Anoreksiya xəstəliyindən müalicə alan model xəstəliyə yol açan səbəblərdən danışıb: "Mən yeməyə həmişə nifrət etmişəm. Genetikam arıqdır. Haradasa 10 il əvvəl, sinəmdə xoşxassəli şiş aşkarlanmışdı. Ona görə də həddindən artıq arıqlamışdım. Ondan sonra hormonal dərmanlar qəbul etdiyimdən birdən-birə kökəldim". İndi isə əziyyət çəkdiyim problem haradasa 1 il əvvəl başladı. Onda üstünə düşmədim. Son bir ayda boğazım şişməyə başladı və dərhal çəkim düşdü aşağı – 38 kilo oldum".

"Boğazım ona görə şişdi ki, soyuq havada çəkiliş oldu. Yaz geyimlərini çəkirdik. Orada soyuqladım, ağırlaşdım.Onda anladım ki, vəziyyət heç də yaxşı deyil. Çox güclü ağrılar başladı məndə, ayağa qalxmağa belə, halım yox idi. Adi stəkanı qaldırıb suyu içə bilmirdim. Düşündüm ki, onkoloji xəstəliyə tutulmuşam. Çox şükür, indi yaxşıyam", - deyə S.Hüseynova bildirdi.

- Bildiyiniz kimi, Neslihan Atagül də bu xəstəlikdən əziyyət çəkir...

- Fikir verirsinizsə, bu problem bu il daha çox yayılıb. Düşünürəm ki, bu problem koronavirusun fəsadlarıdır. İnsanlar qapalı məkanlarda qaldılar. D vitaminindən məhrum oldular, karantinə görə keçirilən əsəb, stress və s".

Xarici ölkələrdə modellər bədənlərini sığortalayırlar. Bizdə bu tendensiya hələ gəlib çıxmayıb. Amma ən öz üzümü sığortalamağı düşünürəm.

Səmra "Miss Azərbaycan-2019"dan da danışdı. Məşhur model müsabiqəyə getmə səbəbinə zarafatla "gördüm ki, hər şeyim var, başımın tacı çatmır. Qərar verdim ki, başın tacı da olsa, tam olacam" deyə cavab verdi: "Müsabiqəyə qatıldım. Müsabiqə məni çox yordu. Gedib-gəlmələr, seçimlər, stress, həyəcan, qalib gəlib-gəlməmək qorxusu və s. Final gecəsi ağlaya-ağlaya çıxdım. Çox xoşbəxtəm ki, qalib gəldim. Ürəyim yaralı idi, çünki birinci dəfə qatılanda layiq görməmişdilər".

Səmra deyir ki, insanlarımızda inkişaf etmək qorxusu var. O, fikirlərini belə izah etdi: "Dünyaya inteqrasiya olunmaq qorxusu, stereotipləri aşa bilməmək qorxusu var. Mənim valideynlərim niyə mənə mane olurdular? Çünki onlar da o psixologiyada böyüyüblər. Psixologiyasında problemi olan insana nə qədər başa salmağa çalışsan ki, bu ağdır, o yenə qara görəcək. Ona görə də mən kimisə başa salmağa cəhd eləmirəm. İstədiyimi yaşadım, ona görə də mən Azərbaycanda səs-küy yarada bildim. Düşündüm ki, məni qınayan insanlar – qohumlarım, dostlarım sabah mənim istədiyimi verə biləcəklərmi? Mən dara düşəndə mənə əl uzadacaqlarmı? - Xeyr! Niyə mən onlara əhəmiyyət verməliyəm?

- Sizcə, Azərbaycanda modellərə qarşı münasibət niyə birmənalı deyil?

- Qınamıram insanları. Çünki modellik, aktyorluq, müğənnilik adı altında digər fake təbəqə yaranır. Problem özümüzdədir. Baxın televiziyalara, normal aparıcı, normal aktrisa seçimi var? Televiziyaya dodaq dolğulu, sifəti dolğulu, botoks olmamalıdır. Ümumiyyətlə, televiziya üçün təbii olan insanı seçmək lazımdır. Kinoda da bu önəmlidir. Aktyor emosiyaları çatdırmalıdır. Üzündə süni dolğular olan aktrisa hissləri necə çatdıra bilər?

Sənət adamlarının əksəriyyəti gələcəkdə övladının özünün davamçısı olmasını istəmir. Səmranın bu fikrə münasibəti fərqlidir: "Mənim qızım da model olmaq istəsə, görsəm ki, Allah ona model olmaq üçün bütün standartları verib, mən niyə ona mane olmalıyam? O demək deyil ki, mən əziyyət çəkmişəm, o da əziyyət çəkəcək. Yox, mən ona arxa-dayaq olaram. Mənim qızımın boyu 175 sm olsa, standartlara cavab versə, onun prodüseri olaram".

"Anam deyir, ərə get, gələcəkdə bir övladın olsun. Niyə özümə? Övladımla özümü qarantiya edirəm? İstifadə etmək üçün dünyaya gətirirəm? Mən övladı dünyaya gətirirəm ki, cəmiyyət onun savadından, qabliyyətindən yararlana bilsin. Mən valideynlərimə dedim, ya mənə güvənin, ya da vurun, öldürün. Mən sizin standartlarınıza uyğun adama ərə gedib özümü bədbəxt edə bilmərəm"- deyə Azərbaycan gözəli əlavə etdi.

Qəhrəmanımızın dünyaca məşhur həmkarları ana olmaqdan boyun qaçırırlar. Səmra isə düşünür ki, qadının ən böyük xoşbəxtliyi ona "ana" deyən övladın, "səni sevirəm" deyən həyat yoldaşın olmasıdır: "Bəli, işim məni xoşbəxt edir. Amma səhər telefonu əlimə alıram, baxıram ki, mənə kimsə "səni sevirəm" yazan varmı? Özümə uyğun bəylə qarşılaşsam, sözsüz ki, evlənərəm. Olub ki, bir insan üçün 3 il öz işimə fasilə verdim. Amma o bunu dəyərləndirmədi".

"Unudulmaqdan qorxmuram, inanmıram ki, unudulum" deyən gənc model gələcəkdə özü haqqında film çəkməyi düşünür. "Gələcəkdə özüm haqqında avtobioqrafik film çəkmək istəyərəm. Amma indi yox, gələcəkdə. Çünki, indi etsəm uğurlu alınmayacaq. Bunun üçün illər lazımdır. Hər işdə mükəmməliyə can atıram. O filmdə mənim imzam olacaq, o film sıradan bir film olmamalıdır".

2004
Tovuzda kartofun yığımı

Fermerlərin harayı: Kartof əkdim alan yox

1299
(Yenilənib 21:18 20.06.2021)
Fermerlər deyirlər ki, kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb.

BAKI, 20 iyun — Sputnik. Tovuz rayonunun aran hissəsində kartofçuluqla məşğul olan fermerlər bu il bol məhsul götürməyi planlayırlar. Onlar bir neçə ildir suvarmada çətinliklərlə qarşılaşdıqlarından, bunun məhsuldarlığa mənfi təsiri ilə üzləşiblər. Bu il isə hava yağmurlu keçdiyindən suyun bol olduğunu deyirlər. Hazırda son suvarmaları həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına kütləvi şəkildə start veriləcək. Lakin son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri kartof əkini ilə məşğul olan fermerlərin sahələrində olaraq kartofun vəziyyəti ilə maraqlanıb.

40 ildir kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev ilkin suvarmada su qıtlığı ilə üzləşsələr də, hazırda bu sahədə çətinlik olmadığın dilə gətirib:

© Sputnik / Ilham Mustafa
Mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir

"Suvarmada ilk dövrlər suyun qıtlığından çətinlik çəkdik. Kartof elədir ki, gərək həftədə bir dəfə suvarıla. Belə olduqda, həm məhsuldarlıq yüksək olur, həm də məhsul keyfiyyətli. Gecikdirildikdə isə ikinci böyümə əmələ gəlir və kartof formasını itirir. Nəticədə satışa ziyan verir, alıcılar yöndəmsiz məhsulu almaq istəmirlər. Bu səbəbdən kartof sahələri çox olduğundan, suya da böyük tələbat yaranır. Şükürlər olsun ki, bu il yağıntı normadan da artıq oldu və bu vəziyyətdən fermerlər çıxa bildi".

Fermerin bildirdiyinə görə səpinin aparılma vaxtından asılı olaraq, mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir. Məhsul yığılana qədər isə vəziyyətdən asılı olaraq 6, bəzən 8 dəfə ümumilikdə su verilməli olur. Hazırda son suvarma işini aparan fermer ehtiyac olsa bir neçə gündən sonra bir dəfə də kartofu suvarmağı düşünür.

© Sputnik / Ilham Mustafa
Fermer Atakişi İmaməliyev

Fermer aran kartofçuluğunda ən böyük çatışmamazlığın toxumçuluqla bağlı olduğunu söyləyib:

"Çalışırıq bu toxumları özümüz istehsal edək. Bu, bizim üçün ucuz başa gələr və mənfəətimizə xeyli təsir göstərə bilər. Lakin əlimizdə toxumçuluq üçün lazımi imkanlar olmadığından öz məhsulumuzdan lazımı qədər toxum götürə bilmirik. Öz toxumumuzu əkdiyimiz sahələr isə o qədər də məhsuldar olmur. Dövlətin dəstəyi ilə öz məhsulumuzdan toxum götürmə işini təkmilləşdirsək, gələcəkdə daha az xərclə daha çox məhsul götürə bilərik".

© Sputnik / Ilham Mustafa
Təsərrüfatçı Vüqar Abdullayev

Böyük kartof sahələri olan fermerlər suvarma işini təcrübəli suçulara gördürürlər. Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur. Bir çox təsərrüfatçı isə əlavə xərcdən qaçmaq üçün öz sahələrini özü suvarır.

Təsərrüfatçı Vüqar Abdullayev sonuncu suvarmasını aparır. Suvarmada çətinlikdən çox onu alıcı tapa bilməməsi narahat edir:

© Sputnik / Ilham Mustafa
Son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb

"İki hektar 20 sot sahədə kartof əkmişəm, hazırda 7-ci dəfə suvarıram. Bu il suvarma yaxşı olub. Yeganə problemimiz kartofun satışı ilə bağlıdı. Kartof istidə çox qalmadığından, yığımdan öncə alıcı gəlib məhsulun behini verir, hazır məhsulu götürməyə boyun olur. Sahədən çıxarıldıqca, kisələrə götürürlər. Lakin bu il kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb".

V.Abdullayev məhsulun sahədə satılmamasının əlavə xərclərə səbəb olduğunu deyib:

© Sputnik / Ilham Mustafa
Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur

"Məhsulu sahədə sata bilməsək, əlavə xərcimiz çox olur. Soyuducuya qoymalıyıq, setka almalıyıq, yerləşdirmək üçün fəhlə tutmalıyıq. Ona görə də sahədə satmaq ən gözəl alverdir. O da ki, alıcımız yoxdur".

Bu il Tovuzda təxminən 6 min hektara qədər sahədə kartof əkilib. Kütləvi məhsul yığımına isə çox az vaxt qalıb.

1299
Nikol Paşinyan, arxiv şəkli

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı: Paşinyanın partiyası qalibdir

2032
(Yenilənib 08:45 21.06.2021)
Seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.

Ermənistanın baş nazirinin səlahiyyətlərini cra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası erkən parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən səslərin sayılmasından sonra qalib gəlib.

Ermənistan MSK-nın məlumatına görə, 1 milyon 281 min 911 bülletenin sayılmasından sonra Paşinyanın partiyası 53,92% (687 251), Ermənistanın eks-prezidenti Robert Koçaryanın "Ernənistan" bloku  21,04% (268 165) səs toplayıb.

İlkin nəticələr

Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu keçirilən növbədənkənar parlament seçkilərdə elektron səsverməyə də yekun vurub. Elektron sistem üzrə səs vermək hüququna malik olan vətəndaşların ümumi sayı 650 nəfər təşkil edir. Səsvermədə 500 seçici iştirak edib, 45 bülleten etibarsız sayılıb. Bu səsvermədə Paşinyanın partiyası 163 səs toplayıb. İkinci yerdə 135 səslə Koçaryanın "Ermənistan" (Hayastan) bloku qərarlaşıb. Elektron səsvermə hüququna malik vətəndaşların 43-ü "Erməni Milli Konqresi"nin lehinə səs verib.  

23:23

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Ümumi seçki bülletenlərinin 5%-ni əhatə edən bu nəticələrə görə, ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 58% səslə irəlidədir.

Onun əsas rəqibi, sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku isə 22% səslə ikinci yerdə gedir. 

22:30

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib. O deyib ki, 1 281 174 insan seçkilərdə səs verib.

20:20

Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilərində səsvermə başa çatıb. Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb. Məntəqə komissiyalarının üzvləri səsləri saymağa başlayıblar.

Seçkilərdə fəallığın aşağı olduğu bildirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub - 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

18:06

Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb. Bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.

"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.

Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb

15:24

Ermənistanda keçirilən parlament seçkilərində bir çox qanun pozuntuları qeydə alınıb. 

Ermənistan polisi rəsmən elan edib ki, parlament seçkilərində qanun 21 pozuntusu aşkar edilib. Hətta onlardan yeddisi cinayət əməli hesab olunur.

Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyanın sözlərinə görə, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etmə cəhdidir.

Eyni zamanda MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov Ermənistanda seçkilərdə qanun pozuntularının qeydə alındığını vurğulayıb.

O, qeyd edib ki, parlament seçkiləri zamanı qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.

14:26

Ermənistanın Ararat əyalətinin Azataşen kəndində seçki məntəqəsində silahlı insident baş verib. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə keçirilən parlament seçkiləri başladıqdan yarım saat sonra silah səsləri eşidilib. Bununla bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında insident yaşandığını öyrənib.

Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb. Hadisə ilə bağlı istintaq tədbirləri başladılıb, silah müsadirə olunub.

11:10

"Ermənistanın Mərkəzi Seçki Komissiyası bir gün əvvəl "Vətəndaş müqaviləsi" Partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut gününün pozulması ilə bağlı xəbərdarlıq edib".
Ermənistan mətbuatının yazdığına görə, bu barədə "Ermənistan" seçki blokunun bəyanatında deyilir.

“Qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya zamanı göstərilən təbdir yalnız bu partiyaya tətbiq edilib. Dünəndən müxtəlif yerlərdə "Ermənistan" seçki blokunun liderlərinin ünvanına təhqiredici və nifrətdolu materialları yaymağa başlayıblar. Bizim məlumatlarımıza görə, bu biabırçı proses hakimiyyətdən gedən hökumətin icazəsi ilə Soros kimi təşkilatlar tərəfindən təşkil edilib. Bundan başqa, bu dövrdə "Respublika" Partiyasının plakatları açıq qanun pozuntusu ilə yerləşdirilib.

Biz həmçinin dünəndən indiyə qədər "Ermənistan" blokunun ərazi qərargahları üzvlərinin polis tərəfindən yanlış xəbərçiliklər üzrə, şübhəsiz əsaslarla saxlanılmaları barədə informasiya aldıq. Bu xəbərçiliklərin məhz Soros təşkilatı tərəfindən təşkil edilməsini güman etməyə əsaslar var.

Ermənistanın tarixində belə seçki pozuntuları olmayıb. Biz bütün beynəlxalq təşkilatların davam edən qanun pozuntularuna seyrçi missiyalarına diqqət yetiririk", - bəyanatda bildirilir.

Blok rəhbərliyi polisə müraciət edərək, baş verən qanun pozuntularını aradan qaldırmağa çağırıb.

“Əks təqdirdə hesab edəcəyik ki, proses hakimiyyət tərəfindən təşkil edilib və yönəldilib", - bəyanatda deyilib. 

10:15

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Spunik Ermənistan xəbər verir ki, Ermənistan özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.

Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.

Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.

Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ermənistan parlamentinə növbədənkənar seçkilər ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir. 

Seçkilərdən sonra vətəndaş müharibəsi olacaq?

Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

2032