Lift, arxiv şəkli

Bakıda liftin qırılıb şaxtaya düşməsi ilə bağlı cinayət işi başlandı

48
(Yenilənib 16:21 14.07.2018)
Təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir

BAKI, 14 iyul — Sputnik. İyulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilb ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.

Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.

Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

48
Teqlər:
cinayət işi, şaxta, qırılma, lift, Xətai rayonu
Əlaqədar
Bakıda lift şaxtaya düşdü, ciddi yaralananlar var