Bağlanmış yol, arxiv şəkli

Şəhərin bir neçə vacib ərazisində hərəkət məhdudlaşdırılıb

58
(Yenilənib 15:47 14.07.2018)
Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur

BAKI, 14 iyul — Sputnik. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirlər çərçivəsində hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

“Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin (istisna hallar nəzərə alınmaqla) əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub” — deyə məlumatda deyilir.

58
Teqlər:
Ziya Bünyadov prospekti, Ukrayna dairəsi, Bakı-Sumqayıt yolu, "Xırdalan dairəsi", "20 Yanvar dairəsi", məhdudiyyət, təmir, yol, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

146
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

146