Əli qandallanmış adam, arxiv şəkli

Kiyevdə adam oğurluğunda ittiham edilən azərbaycanlı saxlanıldı

50
(Yenilənib 11:05 14.07.2018)
Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib

BAKI, 14 iyul — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilərək həbs edilib.

Sputnik Azərbaycan Ukrayna KİV-nə istinadla xəbər verir ki, Kiyevin Solomensk rayonu polisi 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittihamı ilə saxlayıb.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs ittihamla razılaşmayıb, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

50
Teqlər:
həbs-qətimkan tədbiri, həbs, adam oğurluğu, azərbaycanlı, Kiyev, Ukrayna