Lift, arxiv şəkli

Bakıda lift şaxtaya düşdü, ciddi yaralananlar var

228
(Yenilənib 23:24 13.07.2018)
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

BAKI, 13 iyul — Sputnik. Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. 

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır.

228
Teqlər:
yaralı, Kliniki Tibbi Mərkəz, şaxta, lift, Əhmədli qəsəbəsi, Xətai rayonu
Bakıda avtobus, arxiv şəkli

Şənbə-bazar ictimai nəqliyyat açılacaqmı?

3
(Yenilənib 13:54 15.08.2020)
"Lakin hələlik göründüyü kimi bütün addımlar mərhələli şəkildə atılır" - Prezidentin köməkçisi Hikmət Hacıyev.

BAKI, 15 avqust — Sputnik. "Qadağalar həftə sonları üçün hələlik qüvvədədir".  Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, qarşıdan gələn həftələrdə bu məsələ müzakirə oluna bilər: "Lakin hələlik göründüyü kimi bütün addımlar mərhələli şəkildə atılır".

 

3
Laboratoriya işçisi, arxiv şəkli

Rusiyada koronavirus peyvəndinin istehsalı başladı

0
Vaksinasiya iki mərhələdə həyata keçiriləcək: pasiyentə əvvəlcə komponent I, üç həftə sonra isə komponent II veriləcək.

BAKI, 15 avqust — Sputnik. Rusiya Səhiyyə Nazirliyi COVID-19 əleyhinə vaksininin istehsalının başlandığını bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, preparat Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Vaksinə "Sputnik V" adı verilib.

Rusiyanın Dərman Vasitələrinin Dövlət Reyestrindən alınmış məlumata görə, dərman əzələdaxili inyeksiya üçün nəzərdə tutulmuş məhluldur. Vaksinasiya iki mərhələdə həyata keçiriləcək: pasiyentə əvvəlcə komponent I, üç həftə sonra isə komponent II veriləcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iki mərhələli sxem iki il müddətinə immunitet formalaşdırmağa imkan verir.

0
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin 2019-cu ildə bu qədər qazanıb

0
Nəqliyyat vasitələri arasında Putinin adına iki QAZ 21M ("Volqa") avtomobili, bir "Niva" avtomobili və bir "Skif" avtomobil qoşqusu var.

BAKI, 15 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə gəlirlərinin həcmini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, prezidentin bəyannaməsi Kremlin saytında dərc edilib.

2019-cu ildə Putin 9,726 milyon rubl (təxminən 133 min dollar) qazanıb. Prezidentin mülkiyyətində sahəsi 77 kvadrat metr olan mənzil və qaraj (18 kvadrat metr) var. Bundan başqa, Vladimir Putinin adına 153,7 kvadrat metr sahəsi olan mənzil və 18 kvadrat metr sahəsi olan qaraj yeri var. Bu daşınmaz əmlak prezidentin istifadəsindədir.

Nəqliyyat vasitələri arasında Putinin adına iki QAZ 21M ("Volqa") avtomobili, bir "Niva" avtomobili və bir "Skif" avtomobil qoşqusu var.

Bir il əvvəl Vladimir Putin 8,64 milyon rubl (təxminən 118 min dollar) qazanıb. 2019-cu ildə də o, iki mənzil, qaraj və maşın yerini bəyan edib. Prezidentin avtomobil parkında bir il ərzində yenilik olmayıb.

0