Kəmalə Səfərəliyeva

Azərbaycanlı rəqqasənin “göbək rəqsi” tamaşaçıları heyrətləndirdi - VİDEO

846
(Yenilənib 00:43 15.07.2018)
Rəqqasə üçün ən böyük çətinlik çəkiliş qayaların üstündə həyata keçirilən zaman yaşanıb

Bakı, 13 iyul – Sputnik. Azərbaycanlı rəqqasə Kəmalə Səfərəliyeva populyar ərəb kompozisiyası olan "Mawjou3 Galbi"yə çəkilən klipi təqdim edib. Rəqqasənin pərəstişkarları videonu diqqətsiz qoymayaraq Səfərəliyevanın ünvanına təriflər yağdırblar.

Sputnik Azərbaycan xəbər verir ki, rəqqasə rejissoru Kamran Aydınovun olduğu klipin bir hissəsini öz "İnstagram" səhifəsində paylaşıb.

Kəmalə Səfərəliyeva kompozisiyaya dəyişikliklər edərək, onu daha da ritmik edib.

Klipin çəkilişləri Bakı ilə yanaşı Azərbaycanın regionlarında da həyata keçirilib. Rəqqasə üçün ən böyük çətinlik çəkiliş qayaların üstündə həyata keçirilən zaman yaşanıb.

Görüntülərdə Səfərəliyeva izləyicilərinin qarşısına ağ açıq libasda çıxır. Klip rəqqasənin izləyiciləri tərəfindən bəyənilib, onlar Kəmalədən tez-tez belə işlərlə onları sevindirməsini istəyiblər.

Kəmalə Səfərəliyevə — Azərbaycanda ən populyar oriental rəqqasələrdən biridir. O, tez-tez Bakının müxtəlif ərazilərində flashmoblar həyata keçirərək çəkinmədən bədəninin gözəlliyini nümayiş etdirir.

846
Teqlər:
göbək rəqsi, rəqqasə, təqdimat, klip, Instagram