Gəncə şəhər Baş Polis İdarəsi

Gəncə hadisələrini törədənlərlə bağlı vacib məlumat yayıldı

1171
(Yenilənib 17:08 13.07.2018)
Hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb

BAKI, 13 iyul — Sputnik. Gəncə hadisələrinin xaricdən idarə edildiyi öz təsdiqini bir daha tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin bu gün yaydıqları məlumatda iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilir.

İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Rəşad Böyükkişiyev və Fərrux Qasımov
© Foto : AR DİN mətbuat xidməti
Rəşad Böyükkişiyev və Fərrux Qasımov

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

1171
Teqlər:
ailə üzvləri, Dövlət Təhlükəsizlik Xidməti, Gürcüstan, Baş Prokurorluq, Gəncə, Daxili İşlər Nazirliyi, Rusiya
Əlaqədar
Prezident Gəncədə öldürülən polisləri təltif etdi
Gəncədə polis qatillərindən biri məhv edilib - RƏSMİ
Gəncədə polislərin qətlə yetirilməsi ilə bağlı 9 nəfər həbs olunub
Arzu Nağıyev: “Gəncə hadisələri planlaşdırılmış addımlardır”
Gəncə cinayətkarları kimlərdir: Ana qatili, radikal ünsür, arvadını öldürən şəxs...