CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının iki ən problemli marşrutu "BakuBus"a verildi

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib

BAKI, 13 iyul — Sputnik. 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı 05.06.2018 tarixində elan edilən müsabiqəyə yekun vurulub. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən Qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi "BakuBus" MMC olub.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək. Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi — "Əhmədli" metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" ş.s) — "Əhmədli" metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.

Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.

Xəbər lenti
0