Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi layihəsi çərçivəsində növbəti - sonuncu təlim

Təşkilat ictimaiyyətə hesabat verəcək

9
(Yenilənib 16:05 13.07.2018)
"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

BAKI, 13 iyul — Sputnik. "Biosfer" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

Tədbir 16.07.2018-ci il tarixində saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində başlayacaq. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, "Biosfer" İB-nin sədri Qorxmaz İbrahimli, layihə rəhbəri Tural Məmmədov, təlimçi ekspertlər, təlimə cəlb edilmiş uşaqlar və onların valideynləri iştirak edəcəklər.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

9
Teqlər:
tədbir, "Biosfer" İctimai Birliyi, layihə
Əlaqədar
"Biosfer" İctimai Birliyi Alxanlıda baş verənlərlə bağlı bəyanat yaydı
"Biosfer" hazırlıq işlərini yekunlaşdırdı