Sükan arxasındakı adam

Sürücülərin xeyrinə qərar qəbul edildi - Dəyişikliklərin mahiyyəti

11608
(Yenilənib 17:07 13.07.2018)
"Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Milli Məclisin sonuncu plenar iclasında yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi.

Yeni dəyişikliyə uyğun olaraq, eyni zamanda texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq. "Avtostop" verilişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifov Sputnik Azərbaycan-a açıqlamasında qanunvericiliyə edilmiş yeni dəyişiklikləri şərh edib.

O bildirib ki, bundan sonra elektron protokol tərtib edilməyəcək: "Onun əvəzinə elektron qərar olacaq. Əslində, bu, qaydalarda var idi, qanunda dəyişiklə qaydaları daha da möhkəmləndirirlər. Yəni artıq yeni qaydaya görə, protokol yazılan kimi Dövlət Yol Polisi tərəfindən dərhal sistemə vurulmalıdır. Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək. Gecikən protokolun ödənilməsini Dövlət Yol Polisi sürücüdən tələb edə bilməyəcək".

Yusifov qeyd edib ki, bu dəyişikliyin əsas səbəbi sürücünün qərarlı cərimədən 20 gün müddətinə şikayət etmək hüququ olması ilə bağlıdır: "Əvvəl bəzi cərimələr qərarsız olduğu üçün sürücülər vaxtında şikayət edə bilmirdilər, gözləyirdilər ki, cərimə qərarlı olsun. Bu da bir çox problemlərə gətirib çıxarırdı. Artıq protokol olmayacaq, birbaşa qərar olacaq. Sürücülər də 20 gün ərzində narazı olduqları halda şikayətlərini edə biləcəklər".

Ekspertin fikrincə, yeni qərar daha çox sürücülərin xeyrinədir: "Çünki sistemdə onsuz da problem var. Qərarlar bir günə sistemə oturmayanda sürücüdən heç nə tələb edə bilməyəcəklər. N sayda cərimələri sistemə bir gündə oturtmaq Dövlət Yol Polisinin əməkdaşları üçün çətin olacaq".

Tural Yusifov qanunda edilmiş digər dəyişikliyə də aydınlıq gətirib: "Əvvəllər Dövlət Yol Polisinin əməkdaşları texniki baxışın vaxtının keçdiyini aşkarlayanda cərimə yazırdılar. Artıq buna ehtiyac olmayacaq. Belə ki, icbari sığortada olduğu kimi, texniki baxışı da bir gün gecikdirən sürücülərin avtomobilləri kameraya düşdükdə 50 manat cərimə yazılacaq və ünvana göndəriləcək".

"Atıq texniki baxış talonuna gərək olmayacaq. Əvvəl onu yapışdırırdılar ki, DYP-nin əməkdaşı məhz o talona baxaraq texniki baxışın vaxtını müəyyən edə bilsin. Bundan sonra sistem vasitəsi ilə bu məsələ də nəzarətdə olacaq deyə talonlara gərək qalmayacaq" – Yusifov vurğulayıb.

11608
Teqlər:
elektron qərar, Tural Yusifov, elektron protokol, yol hərəkəti qaydaları, texniki baxış, dəyişiklik, inzibati məsuliyyət, plenar iclas, ekspert, Milli Məclis
Əlaqədar
Sürücülərə xəbərdarlıq olunur
Sürücülərin nəzərinə: Daha bir yolda hərəkət məhdudlaşdırıldı
Ağır qəzanın görüntüləri yayıldı, sürücü pəncərədən uçdu - VİDEO
Sürücülərin diqqətinə: Bu yol yenidən qurulur
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

11
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

11
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

19
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

19
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
ABŞ dollarları, arxiv şəkli

Cinsi istismar qurbanlara dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

0
(Yenilənib 17:06 29.11.2020)
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

0
Teqlər:
ABŞ, Hollivud, maaş, fond, pul, qurbanlar, cinsi istismar