CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İllərdir yaşanan əzaba son qoyulacağı bəyan edilir — Camaatın gözü yolda qalıb

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunun Hövtala kəndindəki yolların vəziyyəti
Zaqatala rayonunun Hövtala kəndindəki yolların vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
"Təcili tibbi yardım çağırırıq, ambulans kəndin girəcəyinə qədər gəlir, kəndin içinə girmir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Deyirlər, yol mədəniyyətdir. Amma Zaqatala rayonunun Hövtala kənd sakinləri başqa cür düşünürlər. Onlar üçün yol mədəniyyəti məfhumu, tamamilə yaddır. Kənd əhalisi illərdir yol üzünə həsrət qalıb desək, yanılmarıq.

Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minlərlə vətəndaşımızı inlədən xəstəliyin əlacı var, amma tətbiqi mümkün deyil

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini Vahid İmranov deyir ki, illərdir bu problem öz aktuallığını qoruyub saxlayır: "İllərdir ki, kəndimizin yolları bərbad durumdadır. Mən öz hesabıma çınqıl tökdüm. Amma bu, çınqılla həll olunacaq məsələ deyil. Bura normal yol çəkilməlidir".

Kənd sakinlərinin iddia etdiklərinə görə, məsələ ilə bağlı məsul şəxslərə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.

Məhəmməd Xurmayev bildirir ki, o, şəxsən bir neçə dəfə aidiyyatı quruma müraciət edib: "Bu yolla uşaqlar hər gün məktəbə gedirlər. Yağış yağanda yol tamamilə keçilməz olur. Kimə deyək dərdimizi? Bələdiyyə sədrinə dedim, dedi ki, "bizim səlahiyyətimizdə deyil". İcra hakimiyyəti də vəziyyətdən xəbərdardır. Amma nə gəlib baxan var, nə də məsələni həll edən".

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunun Hövtala kəndindəki yolların vəziyyəti
Zaqatala rayonunun Hövtala kəndindəki yolların vəziyyəti - Sputnik Azərbaycan
1/8
Zaqatala rayonunun Hövtala kəndindəki yolların vəziyyəti

2/8

3/8

4/8

5/8

6/8

7/8

8/8

May ayında baş vermiş sel daşqınları kəndin yolunu daha da bərbad vəziyyətə salıb. Ramazan Qabaçov da mövcud durumdan narahatlığını dilə gətirir: "Bir gənc olaraq öz kəndimi tərk eləmək istəyirəm. Belə yolu olan kənddə yaşamaq olar? Biz də bu ölkənin vətəndaşıyıq. Bəyəm bizim buna haqqımız yoxdur? Müraciətimizin də xeyri yoxdur".

Kənd sakini Kərəm İmranov da yolla bağlı gileyini bölüşür: "Həyat yoldaşım xəstədir, bəzən təcili tibbi yardım çağırırıq. Ambulans kəndin girəcəyinə qədər gəlir, kəndin içinə girmir. Taksi sürücüləri də gətirəndə 5 qat pul alırlar bizdən. Niyə düşünmürlər ki, kənddə bu qədər əhali yaşayır, bunun xəstəsi var, qocası var, hamiləsi var? Bu problem nə vaxta qədər davam edəcək?"

Analoji problem rayonun Vöhtala, Yolayrıc kəndlərində də yaşanır. Sakinlər deyirlər ki, hər dəfə sel gələndə yol daha da bərbad hala düşür. Bu dəfəki sel daha dağıdıcı olduğundan kəndlərin yollarının asfalt örtüyünü yuyub aparıb.

© © KarikaturaTəcili yardım rayonlarda
Təcili yardım rayonlarda - Sputnik Azərbaycan
Təcili yardım rayonlarda

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda Zaqatala rayonunun bəzi kənd yollarında yenidənqurma işləri aparılır: "Ümumiyyətlə, adıçəkilən kəndlərdə Sovet dönəmində asfalt-beton örtüyü olmayıb. Əsasən, torpaq və çınqıl örtüklü olub".

"Son 2-3 ildir ki, ölkə rəhbərinin diqqətində saxladığı əsas məsələlərdən biri də bu tipli kəndlərdə yolların çəkilməsidir. Hansının yenidən qurulmasına ehtiyac varsa, o kəndlərə müasir asfalt və beton örtüyünün salınması üçün addımlar atılır" – Nəcəfli deyib.

Qurum rəsmisi onu da bildirib ki, hazırda Zaqatala rayonunda 40 km-ə yaxın Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu yenidən qurulur.

Xəbər lenti
0