Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez

Fransa səfiri Azərbaycana silah satışı qadağasından danışdı

199
(Yenilənib 10:48 13.07.2018)
Səfir Fransanın bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Fransanın Bakıdakı səfiri Oreliya Buşez ölkəsinin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib. 

Sputnik Azərbaycan xəbər verir ki, səfir Fransanın bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb.

"Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq", — deyə Buşez bildirib.

199
Teqlər:
münasibət, qadağa, Fransa, səfir, silah
Əlaqədar
Avropanın mərkəzində mühüm qərar: Azərbaycana illərlə gözlənilən icazə gəldi