Mingəçevidə qəza, arxiv şəkli

“Azərenerji” təhlükəli xəbər yaydı: Eyni anda yanğın törədilib

891
(Yenilənib 19:33 12.07.2018)
Ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər xətləri dövrədən ayırıblar

BAKI, 12 iyul — Sputnik. “Azərenerji” ASC bu gün ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyul ayının 12-də saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.

Məlumatda qeyd olunub ki, "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-ə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.

"Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş verib və  xəttin mühafizəsi tərəfindən dövrədən ayılıb. Yüksək gərginlikli  220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş  tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır. Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür", — deyə məlumatda vurğulanıb.

891
Teqlər:
kəsinti, "Azərenerji" ASC, elektrik, açıqlama, yanğın
Ağac kəsimi, arxiv şəkli

İcra Hakimiyyətinin verdiyi əraziyə görə cərimə yazdılar

2
(Yenilənib 17:28 20.04.2021)
İki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

BAKI, 20 aprel — Sputnik. Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017" MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

2
Teqlər:
cərimə, ağacların kəsilməsi, tikinti şirkəti, icra hakimiyyəti
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

2
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

2