CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər ölüm dənizinə çevrilir: Bir gündə 3 nəfər batdı

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 11 iyul — Sputnik. Xəzərdə 3 nəfər batıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xəbər lenti
0