Zədələnmiş avtomobil şüşəsi, arxiv şəkli

Masallıda qəza baş verdi, 11 nəfər yaralandı

146
(Yenilənib 19:51 11.07.2018)
Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Masallı rayonunun Xıl kəndi ərazisində avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, "Ford" markalı sərnişin mikroavtobusu "Hundai" markalı minik avtomobili ilə toqquşub və nəticədə 11 nəfər xəsarət alıb.

Xəsarət alanlar Rusiya Federasiyası vətəndaşları — 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Asfarova, Bakı şəhər sakinləri — 2006-cı il təvəllüdlü Lalə Zeynalova, 1977-ci il təvəllüdlü Nərmin Babayeva, 1946-cı il təvəllüdlü Rubina Bayramova, Lənkəran rayon sakinləri — 1982-ci il təvəllüdlü Ağayar Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Şükürova, 1959-cu il təvəllüdlü Məlahət Məmmədova, Neftçala rayon sakini 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini 1982-ci il təvəllüdlü Nəzir Musayevdir.

Baş vermiş qəzada xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

146
Teqlər:
xəstəxana, yaralı, toqquşma, avtomobil, qəza, Xıl kəndi, Masallı rayonu
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

12
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

12
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

19
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

19