CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun: Bakıda 7 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi

© Sputnik / Murad OrujovAvtobuslar
Avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib

BAKI, 10 iyul — Sputnik. İyulun 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Dəyişikliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. — Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç —Xudu Məmmədov küç-Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç –Sarayevo küç — Telnov küç —Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Xəbər lenti
0