Ürəkdən vurulan qisas zərbəsi, arxiv şəkli

Qonşusunu görüşə çağırdı, 20 il əvvəlin "namus" qisasını aldı

460
(Yenilənib 02:57 10.07.2018)
Şabran rayon Prokurorluğundan verilən məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub

Leyla Abdullayeva — Sputnik Azərbaycan.

BAKI, 10 iyul — Sputnik. Şabran rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə 9 iyul saat 20:30 radələrində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlu həmyerlisi, 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Şabran rayon Prokurorluğundan verilən məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub. Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu "ata evi"nə qaytarıb. Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən "ata evi"nə qayıdıb. Bundan sonra  Ağayəhya Rəşidin 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu qapısına çağıraraq bıçaqlayıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb və araşdırmalar aparılır.

460
Teqlər:
namus, qətl, ölüm, zərbə, bıçaq, qisas, Şabran rayonu