Avtovağzal

“Avtovağzal”-da hər şey dəyişəcək, mühüm islahat edilə bilər

202
(Yenilənib 20:20 09.07.2018)
Şəhərlərarası sərnişindaşımada vahid dispetçer mərkəzi yaradıla bilər

BAKI, 9 iyul — Sputnik. "Şəhərlərarası və rayonlararası müntəzəm və qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobusların fəaliyyətinin tənzimlənməsini təşkil edərkən həmin daşıyıcı şirkətlərlə “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” (ANDT) MMC arasında müqavilə imzalanır və daşıyıcı şirkətə məxsus avtobus və mikroavtobuslar üçün hərəkət cədvəli müəyyənləşdirilir!.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu hərəkət marşrutları “Avtovağzaldan Avtovağzala” prinsipi üzrə müntəzəm və qeyri-müntəzəm sərnişindaşımanı həyata keçirən daşıyıcı şirkətlərin icraatında olur.

"Bununla belə, baş verə biləcək qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) öz növbəsində qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik sərnişin daşıma xidmətləri göstərən fiziki və hüquqi şəxslər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir. Qeyri-müntəzəm sərnişindaşıma sahəsində narahatlıq doğuran bəzi mikroavtobusların birdən-birə tam şəkildə reysdən çıxarılması sərnişinlərin haqlı iradına səbəb olacağını nəzərə alaraq, DANX tərəfindən aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik alternativ daşıyıcılarla danışıqlar davam edir", — deyə məlumatda vurğulanıb.

Eyni zamanda, şəhərlərarası sərnişin daşımalarda vahid dispetçer mərkəzinin yaradılması, habelə vahid elektron bilet satış sisteminin qurulması və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiya da diqqət mərkəzindədir.

Respublika üzrə müasir tələblərə cavab verən və MDB məkanında ən böyük Avtovağzal Kompleksi hesab edilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində də kompleks tədbirlər görülür. Qeyd edək ki, Respublika ərazisindəki Avtovağzallar Nazirlər Kabinetinin 2009-cu il 05 Fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzallar (Avtostansiyalar) haqqında Əsasnamə”yə uyğunlaşdırılaraq istifadəyə verilir.

202
Teqlər:
dəyişiklik, nəqliyyat, Avtovağzal, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili
Əlaqədar
Avtovağzal Kompleksində yeni sistem yaradılır, hamımız bəhrələnəcəyik
Bakı Beynəlxalq Avtovağzalı iş rejimini dəyişir
Bakı Beynəlxalq Avtovağzalında nə baş verir?
Avtovağzalın xidmətindən istifadə edənlərin nəzərinə
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

5
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

5
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

191
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

191
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0