Bakı Sumqayıt yolu

Bakı-Sumqayıt yolu ilə bağlı xəbər var

211
(Yenilənib 22:45 09.07.2018)
Səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır

BAKI, 9 iyul — Sputnik. Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hal-hazırda yolun "Xırdalan dairəsi"ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir.

Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

211
Teqlər:
təmir, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, "Xırdalan dairəsi"
Baş Prokurorluq

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

4
Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

BAKI, 28 may - Sputnik. Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

4

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

12
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

12
ABŞ-da epidemioloji vəziyyət

Ölkədə pandemiya ilə əlaqədar olaraq vəziyyət sərtləşəcək

0
Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

BAKI, 28 may — Sputnik. Bütün dünyada koronavirusa yoluxanların sayının artması müşahidə olunur. Artıq Cənubi Koreya yaranmış bu vəziyyətlə əlaqədar olaraq daha sərt addımlar atmağı qərarlaşdırıb. Sputnik Azərbaycan-ın "The Guardian"-a istinadən xəbərinə görə, Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

Belə ki, "The Guardian"ın xəbərinə görə, ötən gün son iki yada ilk dəfə olaraq Cənubi Koreyada virusa yoluxan və ölənlərlə bağlı rəqəmlərdə sıçrayış müşahidə olunub.

Qeyd edək ki, yaran mış vəziyyət bir çox ölkələrdə gözlənildiyi kimi, Cənubi Koreya iqtisadiyyatını da vurub. Bu barədə isə "Bank of Korea" məlumat yayıb. Belə ki, məlumata görə, 1990-cı ildən sonra ilk dəfə olaraq ölkə iqtisadiyyatında gərginlik müçahidə olunub.

0